Yüklənir...biraz gözləyin







Ana səhifə Haqqımızda Qonaq kitabı Tədbirlər Müsahibələr Əlaqə Baş redaktordan
Menyu
Milli Qəhrəmanlar
Şəhidlər
Əsir, İtgin ve Girovlar
Erməni terrorizmi və vandalizmi
İşğal olmuş rayonlar
Kitablar
Məqalələr
  • Qalereya
    » Foto
    » Audio
    » Video
  • Sorğu
    Milli Qəhrəmanlar muzeyinin yaradılmasına ehtiyac varmı?

    Bəli
    Xeyr
    Xocalı

    XOCALI SOYQIRIMI
    Keçidlər
    Sayğaclar



    free counters
    Anım ---
    Anım
    22 fevral şəhid Milli Qəhrəman Həsənov Tahir Tofiq oğlunun doğum günüdür


    Milli Qəhrəmanımız ailənin tək uşağı olmasına baxmayaraq ikinci kursda təhsilini yarıda qoyub könüllü olaraq vətənin müdafiəsinə qalxıb.

    Dahi filosof Horatsio deyib: “Vətən uğrunda ölmək şərəfdir, şəhidlik özü sevinc və fərəhdir”. Xalqımızın şəhidlik salnaməsi: tarix boyunca şəhidlik və qazilik bu ali ruha sahib olan xalqımızın mənliyində yaşayan iki uca əxlaqi keyfiyyət olub. Xalqımız vətəni və müqəddəs dəyərləri naminə həmişə döyüşüb, bu yolda ölməyi yaşamaqdan üstün tutub. “Ölərsəm şəhid, qalarsam qazi” və bir də “Torpaq, uğrunda ölən varsa, vətəndir” inamı onların şanlı zəfərlərinin sirri olub. Müqəddəs əxlaqi dəyərlər uğrunda mübarizənin sonunda mənəviyyatımızın vəd etdiyi yüksək əbədi mükafat budur. Şəhidlik və qazilik yalnız türklərə, o cümlədən xalqımıza məxsus bir keyfiyyət olub, bizi tarix boyu dinimiz və vətənimiz uğrunda qəhrəmanlıqlara sövq edib. Qəhrəman xalqımız ən qədim zamanlardan bəri kişisi ilə, qadını ilə özünün həyat meyarını bu ali dəyərlərə görə qurub. Azərbaycanlı analar tarix boyu körpələrinə südünü “ya şəhid ol, ya qazi” deyərək veriblər. Şəhid olmaq nə qədər şərəflidirsə, vətən torpağını düşmənlərdən təmizləmək, Haqq uğrunda, Allah Təalanın razılığı üçün vuruşub sağ qalmaq bir o qədər şərəflidir. Bu gün Allah bizə bunu buyurur, vətən bizə bunu əmr edir. XX əsrin əvvələrində də, sonunda da belə olub. Erməni quldurları torpaqlarımıza göz dikib, əsrin əvvələrində torpaqlarımız hesabına dövlət qurub, bununla da kifayətlənməyərək 1988-ci ildən başlayaraq vətənimizin ərazisi hesabına “Böyük Ermənistan” kimi xəyali dövlət qurmağa cəhd ediblər. Bu gün Bakıdakı Şəhidlər Xiyabanı mənfur düşmənlərimizin xam xəyallarının qarşısında qurulmuş bir sarsılmaz qalaya çevirilib. Bu Xiyabanda dəfn olunan hər bir şəhid kimi ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən Həsənov Tahir Tofiq oğlunun da məzarını həmin qalanın müqəddəs bir daşına bənzətmək olar. Burada dəfn olunanların məzarları türkün necə mübariz xalq olmasına tarixi sübutdur. Buna görə də millətin şərəf yolunun ən parlaq nümunəsi məncə müqəddəs şəhidlər xiyabanıdır.
    Şəhidlər Xiyabanındakı məzar daşlarına diqqət edilsə orada uyuyanların əksəriyyəti 18-25 yaşlı gənclərdir. Tahir də ömrünün ən tər vaxtında, 22 yaşında subayikən şəhidlik zirvəsinə ucalıb. O, elə dəfn olunduğu Şəhidlər Xiyabanın yerləşdiyi şəhərdə 1970-ci ilin 22 fevralında dünyaya gəlib. 1987-ci ildə nə vaxtsa özünün adını daşıyacağı Nəsimi rayon 23 saylı orta məktəbi bitirib. Maraqlıdır görən bəşər övladından kimsə bilərdimi ki, bu məktəb illər sonra Milli Qəhrəman Tahir Həsənovun adını daşıyacaq...
    Qarabağ müharibəsi başlayandan sonra Ana torpaq özünün say-seçmə oğullarını öz ağuşuna aldı. Vətənin azadlığı və istiqlaliyyəti uğrunda yağı düşmənlə döyüşə atılan igid oğullar “Vətən” deyibən gediblər. Onlar fikirləşməyiblər ki, arxada gözüyaşlı ata-anasını, ömür-gün yoldaşını, məsum körpəsini qoyub gediblər.
    Tahir 1988-1990-cı ildə hərbi xidmətini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. Lakin ermənilərin ata-baba torpaqlarımızı işğal etməsi onu da narahat edib, ailənin tək uşağı olmasına baxmayaraq ikinci kursda təhsilini yarıda qoyub və könüllü olaraq vətənin müdafiəsinə qalxıb. Tahir əsgərlikdə olarkən desant olduğu üçün onu kəşfiyyat qrupuna komandir təyin ediblər.
    Torpağa göz dikənin layiqincə cavabını verməyi Uca Allah müqəddəs kitabımız Qurani-Kərimdə bizə əmr edib: "Sizinlə savaşanlarla Allah yolunda savaşın... Onları tapdığınız yerdə öldürün..." (Bəqərə surəsi). Tahir Həsənov da məhz belə edib; Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında qəhrəmancasına vuruşub. 1992-ci il 2 sentyabr... Çıldıran yüksəkliyindən uğurlu əməliyyatdan dönən kəşfiyyatçılar erməni silahlıları ilə döyüşə giriblər. Erməni faşistlərinin onları əsir götürmək niyyəti baş tutmur. Tahir son anda özünü qumbara ilə partladaraq neçə-neçə erməni quldurunu məhv edib.
    Milli Qəhrəmanımızın anası Qalibə xanımın sözlərinə görə, oğlu şəhid olandan sonra ermənilər rabitə vasitəsilə bizimkilərə ironik şəkildə “təbrik edirik, bir döyüşçünüz də özünü partlatdı” deyiblər: “Həmin zaman Çıldıran kəndi ermənilərdə olub. Tahirin döyüşçü yoldaşları bir ay döyüşüb Çıldıran kəndini ermənilərdən azad ediblər. Bundan sonra Tahirin meyitini oradan çıxarıblar.”
    Allah yolunda, din, vətən, torpaq və millət yolunda savaşaraq ölənlər şəhid sayılır. Cənab-Haqq müqəddəs kitabımız Qurani-Kərimdə "Allah yolunda öldürülənlərə (şəhid olanlara) ölü deməyin. Əksinə onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz" (Bəqərə surəsi) buyuraraq şəhidlərin ölməzliyini bizlərə aşılayıb. Ölümlərin ən gözəli və ən şərəflisi şəhid olaraq ölməkdir. Peyğəmbərimiz Məhəmməd (s.ə.v) "Sizlərdən birini qarışqa dişlədiyi zaman nə qədər acıyırsa, şəhid olan kəs də ölüm əzabını ancaq o qədər hiss edər" buyuraraq şəhidlərin ölüm acısını belə duymayacağını dilə gətirib.
    Şəhidlik eyni zamanda günahların bağışlanmasına vəsilə olan çox fəzilətli bir əməldir. Bu mövzu ilə bağlı Rəsulu Əkrəm belə buyurub: "Şəhidin qul borcundan başqa bütün günahlarını Allah bağışlayır". Axirətdə də ən yüksək rütbə, peyğəmbərlikdən sonra şəhidlikdir. Bu rütbəni Milli Qəhrəmanımız Tahir Həsənov da qazandı. Məhz torpaq, vətən və azadlıq naminə...
    Hər bir şəhid anası kimi bu gün Qalibə xanımın da qəlbi ikiyə parçalanıb. Bunun birində oğul dərdi, övlad nisgili yükünü, digərində isə fəxarət və şərəf gəzdirir. Ağrı və acılara baxmayaraq Qalibə xanım fəxr edir ki, bircəcik Tahiri şəhid olmaqla hər iki dünyanın ali səviyyəsinə ucalıb.
    Hazırda Azərbaycan torpaqlarının iyirmi faizi düşmən tapdağı altındadır. O müqəddəs torpaqlar bu gün Azərbaycan millətinin hər bir nümayəndəsini müsəlləh əsgər olmağa çağırır. İnanırıq ki, tezliklə "Ölürsəm şəhid, qalırsam qazi" şüarlarının sədaları altında şəhidlərimizin qanları ilə yoğrulan vətənimizin işğal olunmuş torpaqları düşmən tapdağından azad olunacaq. Məhz o zaman Milli Qəhrəmanımız Tahir Həsənov və onun kimi 20 mindən çox torpaq altında uyuyan şəhidlərimizin müqəddəs ruhları şad olacaq.
    Subay idi.
    Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə Həsənov Tahir Tofiq oğluna ölümündən sonra Azərbaycanın "Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
    Bakı şəhərinin şəhidlər xiyabanında dəfn edilmişdir.
    Təhsil aldığı 23 saylı orta məktəb onun adını daşıyır.

    Zəminə Kərimova
    “Milli Qəhrəman” qəzeti
     
     
    22 Fevral 2011 Oxundu: 275 | Çap et
    Rəyini bildir
    Ad:
    E-Mail:
    winkwinkedsmile
    ambelayfeel
    fellowlaughinglol
    lovenorecourse
    requestsadtongue
    wassatcryingwhat
    bullyangry
    Kod: Təhlükəsizlik kodu
    kodu yenilə
    Kodu yaz



    Görüşlər

    Qəhrəmanlar və onların ailələri ilə keçirilən görüşlər
    Video
    "Milli Qəhrəmanlar" qəzeti
    Kitablar
    Qətnamə
    Saytda axtar
    © 2010 Deniz-Design STUDIO