Yüklənir...biraz gözləyin







Ana səhifə Haqqımızda Qonaq kitabı Tədbirlər Müsahibələr Əlaqə Baş redaktordan
Menyu
Milli Qəhrəmanlar
Şəhidlər
Əsir, İtgin ve Girovlar
Erməni terrorizmi və vandalizmi
İşğal olmuş rayonlar
Kitablar
Məqalələr
  • Qalereya
    » Foto
    » Audio
    » Video
  • Sorğu
    Milli Qəhrəmanlar muzeyinin yaradılmasına ehtiyac varmı?

    Bəli
    Xeyr
    Xocalı

    XOCALI SOYQIRIMI
    Keçidlər
    Sayğaclar



    free counters
    Xocalı Faciəsi ---
    Xocalı Faciəsi
    26 fevral 1992


    XOCALI FACİƏSİ



    1992-ci ildə erməni silahlı birləşmələri Azərbaycanda yerləşən 4-cü ordunun 23-cü diviziyasının Xankəndində dislokasiya olunmuş bədnam 366-cı alayının heyəti ilə birlikdə beş istiqamətdən Xocalı şəhərinə hücum etdilər. Hücum ərəfəsində 7 minə qədər əhalinin yaşadığı şəhərdə 3 min adam qalmışdı.Onlar əsasən 1988-ci ildə Xankəndindən, sonra Qərbi Azərbaycandan, həmçinin 1989-cu ildə Özbəkistanın Fərqanə vilayətindən qovulan Mesxeti türkləri idi. Səhər saat beşə yaxın Xocalı şəhəri ələ keçirildi. İnsanlığın Babi Yar, Xatın, Liditse, Sonqmi kimi faciələr səlnaməsinə ağrılı bir ünvan da yazıldı: Şəhid olmuş Xocalı şəhəri.

    İnsanlığın əleyhinə yönəlmiş ağrılı mənzərəsi belədir. Görün qan qoxuyan rəqəmlər nələr söyləyir: 613 nəfər öldürülmüş (onlardan 106 nəfəri qadın, 63 uşaq, 70 qoca), 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. 8 ailə son nəfərinədək öldürülmüş, 130 nəfər valideynlərdən birini, 25 nəfər isə hər ikisini itirmişdir. Onların yalnız 335 nəfərini dəfn etmək mümkün olmuşdur.

    Hücum əməliyyatlarına üçüncü batalyonun komandiri Yevgeni Nabokix rəhbərlik etmişdi. Bu işdə ona erməni millətindən olan zabitlər Seyran Ohanyan, Valeri Çitçiyan və başqaları kömək etmişlər. Rusiyanın hakim dairələri bu qanlı cinayətin izini itirmək məqsədilə 366-cı polkun əvvəlcə Tiflisə aparılmasına,sonra isə ləğv olunmasına nail olmuşlar.Onun silah arsenalı olan 4 zirehli transportyor, 70 PDM, 4 strela tipli raket qurğusu,8 top, 57 minomyot cinayətkaranə şəkildə erməni hərbi birləşmələrinə təhvil verilmişdir.

    Xocalı Faciəsi Xocalı hadisəsi baş vərməyə bilərdimi? Çox təəssüf olsun ki,Xocalı şəhəri 1991-1992-ci illərdə hakimiyyətdə olan qüvvələrlə hakimiyyətə gəlməyə çalışan qüvvələrin mübarizəsinin qurbanı oldu. Yalnız Azərbaycan xalqına qarşı deyil,bütün insanlığa qarşı ən qəddar amansız kütləvi terror hadisələrindən biri olan öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşərriyətə qarşı törədilmiş bu eybəcər vandalizm aktının baş vermə səbəblərini, onun anatomiyasını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev danılmaz məntiqə söykənərək çox sərrast ifadə etmişdir: "Xocalı faciəsi təsadüfi hal deyildi.Bu 200 ildən artıq müddətdə davakar erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.Bu siyasət erməni diasporunun və lobbisinin imkanlarından istifadə etməklə bütün dövrlərdə hərbi, iqtisadi, ideoloji və mədəni vasitələrlə aparılmışdı. Zaman-zaman davam etdirilən bu məkrli siyasət nəticəsində azərbaycanlılar əzəli torpaqlarından qovuldular,didərgin salındılar,100 minlərlə insan qaçqına və məcburi köçgünə çevrildi.Ermənilərin bu faciəni törətməkdə məqsədi xalqımızı qorxutmaq,mübarizə əzmini qırmaq,onu tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək,eyni zamanda ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur".

    Xocalı faciəsinə aparan yollar haradan başladı? Canlı şahidlərin yazdıqları:


    Vladimir Sovolyov o zamanlar Dağlıq Qarabağda yerləşən 02270 saylı hərbi hissənin əks-kəşfiyyat bölməsinin rəisi olub.O, Xocalı faciəsi haqqında ilk məlumatları gizli arayış şəklində BMT və Avropa Şurasına təqdim edib. İlk məlumat 26 noyabr 1992-ci ilə təsadüf edir. Sonra isə o, bu arayışı zabit Puqaçov soyadı ilə imzalayaraq Rusiyanın Baş Kəşfiyyat İdarəsinə göndərir: "Mən bütün bunları yazmaya bilmərəm. Hər şey mənim gözlərim qarşısında baş verdi. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu amansız və qanlı sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım məxfi arayışı həm Kremlə, həm də Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun dedim,biz rusların zabit şərəfi görün necə ləkələndi".

    Başqa bir fakt. 1992-ci ilin yanvarında erməni terrorçu təşkilatı olan "Asala"nın bir qrup üzvü Aşin Simonyan başda olmaqla Xankəndinə gəldilər.İlk tanışlıq vaxtı 366-cı alayın tərkibində özlərinə dauaq yaratmaq məqsədilə polkun komandiri Yevgeni Zarviqarova 36 min dollar rüşvət verdilər. Bunu bilən 23-cü diviziyanın komandiri, general-mayor Boris Budeykin polkovnikin zabit şərəfini ləkələdiyinə görə vəzifədən azad olunması üçün 4-cü ordu komandanlığının qarşısında vəsadət qaldırdı. Lakin qanunlar fəaliyyət göstərmədiyinə görə hadisə belə də qaldı.

    12 aprel 1992-ci ildə polkovnik Sovelyov Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Prezident aparatına 46 nəfər öldürülmüş azərbaycanlının nömrələnmiş sənədlərini göndərir.Müəllif yazır ki, o zaman mən Tiflisdə idim. Məktubu da oradan göndərmişdim. Cavab gəldi ki, sənədləri araşdırırıq. Başa düşə bilmədim, Azərbaycan hərbi kəşfiyyatı nəyi araşdırır? Kəşfiyyat rəisi yazırdı ki, bir gün ərzində 49 azərbaycanlını meydana yığıb öldürdülər. Dinc əhali köçürülərkən yenə 58 nəfəri qətlə yetirdilər.

    1992-ci il fevralın 4-də Roma Papası II İohann Pavel Qarabağ özünümüdafiə dəstələrinin və rus qoşun birləşmələrinin komandanlığına məxfi bir məktub göndərir.Məktubda Papa bu millətlərarası münaqişəni dini savaş,etiqad müharibəsi kimi qiymətləndirir və deyir ki, əgər imkanım olsa Xocalıya gəlib ölən erməni qardaşlarımın qəbri qarşısında baş əyəcəm.

    Rus zabiti İvan Karabelnikovun şahidliyinə görə,Valeri Çitçiyan 13 nəfərdən ibarət olan Babayevlər ailəsinin hamısını güllələdi.İnsanlıq əleyhinə yönəlmiş bu qəddarlığına görə 1993-cü ildə Fransada erməni lobbisi ona 150 min dollar və qranpri təqdim etmişdi. 12 sentyabr 1994-cü ildə Fransaya mühacirıt edən bu vandal indi də orada yaşayır.

    General rütbəsi alan Yevgeni Zarviqarov 1992-ci il fevralın 24-ü axşam üstü saat 21.45-də zabitlər qarşısında çıxış edərək deyir: "Bu, torpaq uğrunda müharibə deyil, İslamın xristianlıq əleyhinə yürüşüdür.Dünya islam ölkələrinin nümayəndələri, hərbi müşavirləri Bakıya yığışaraq bizim xaçımızı sarsıtmaq,tapdamaq istəyirlər.Xristianlıq əleyhinə yürüş başlayıb.Bu yürüşdə ya biz öz dinimizi və şərəfimizi saxlamalı, ya da binamusluqla barışıb tabe olmalıyıq".

    Xocalı Faciəsi Bu soyqırımdan sonra 24 nəfər rus zabiti və əsgəri mükafatlandırılmışdır. Məsələn, rus zabiti Yevgeni Qolubeyevə "Asala"nın rekvizitləri əks olunan 24 qram çəkili qızıl orden,sıravi Anastas İvanova 10 min dollar və "Hunday" avtomobilinin açarı təqdim olunmuşdur.

    Yuri Pompeyev özünün "Qarabağ qan içində" kitabında yazır: "Xocalı hadisələri Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi. Ermənilər bu qəddar terror aktı ilə öz vəhşiliyini bütün dünyaya bəyan etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin yatmış sakinlərinə vəhşicəsinə divan tutuldu.Xocalıda yalnız ölənlər qaldı".

    Faciə ilə əlaqədar erməni etiraflarını da vermək məqsədəuyğun olardı. Davud Xeyriyyanın "Xaç naminə" kitabından hissələr:

    Səhifə 26: "... O şaxtalı səhər günündə biz Daşbulağın yaxınlığındakı kilometrlərlə uzunluğu olan bataqlığı keçmək üçün ölülərdən körpü düzəltməli olduq.Mən meyitlərin üzərindən keçib getmək istəmirdim. Onda podpolkovnik Ohanyan mənə işarə etdi ki,qorxmayın. Bu müharibənin qanunlarından biridir. Mən 9-11 yaşlarındakı qan içində olan qızın sinəsi üzərinə çıxdım və yeriməyə başladım.

    Çəkmələrim və şalvarım qan içində idi. Və beləliklə,təxminən 1200-ə qədər meyidin yanından keçdim".

    62-63-cü səhifələrdə yazır: "Mart ayının 2-də "Qaflan" adlı erməni qrupu (meyidlərin yandırılması ilə məşğul olan) alçaq monqollardan (türklər) təxminən 2000-ə qədər meyid yığdı və onları ayrı-ayrı yığımlarla Xocalıdan bir neçə kilometr qərbdə yandırdı.Sonuncu yük maşınında 10 yaşlarında boynundan və əlindən yaralanan bir qız uşağı mənim nəzərimi cəlb etdi. Diqqətlə baxanda onun asta-asta nəfəs aldığını gördüm.Şaxtaya, çılpaqlığına və aldığı yaraların çoxluğuna baxmayaraq, uşaq hələ də yaşayırdə. Mən heç zaman onun ölümlə mübarizə aparan gözlərini unutmayacağam.

    Sonra əsgərlərdən Tiqrqnyan familiyalı birisi onu qulağından tutaraq mazutlanmış leş yığınına tərəf sürüdü və daha sonra onları yandırdılar. Mən də kiminsə "kömək istəyirik" çığırdığını eşitdim. Daha yeriyə bilmirdim.Ancaq mən bütün müqəddəslər tərəfindən lənətlənmiş türklərdən Şuşanı azad etmək istəyitdim.Ona görə də qayıtdım.Onlar isə özlərinin "Xaç naminə" yürüşlərini davam etdirdilər" ("Xaç naminə",Davud Xeyriyyan,Beyrut-2000).

    Bürün bu hadisələrdən sonra Ermənistanın hərbi təcavüzü günbəgün artırdı. 8 may 1992-ci il tarixdə vətənimizin dilbər guşəsi, mədəniyyət ocağı olan Şuşanın ermənilər tərəfindən işğalı nəticəsində 100 nəfərdən çox azərbaycanlı qətlə yetirildi, 121 nəfər itkin düşdü.Şuşada 7 məktəbəqədər uşaq müəssisəsinin, 22 məktəbin,8 mədəniyyət evinin və onlarla təhsil,mədəni-maarif ocaqlarının dağıdılması ilə mədəni irsimizə təcavüz edildi.

    Həmin il may ayının 17-də o vaxtkı Azərbaycan rəhbərliyinin səbatsızlığı nəticəsində dağlar qoynunda yerləşən Laçın rayonu işğal edildi.
    Xronoloji baxımdan hadisələrin təhlili göstərir ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonu, iyulunda Ağdam, avqustunda Cəbrayıl,Füzuli,qubadlı,oktyabrında Zəngilan rayonları erməni-rus hərbi birləşmələri tərəfindən işğal olundu.

    Ermənistanın hərbi təcavüzü nəticısində xalqımıza ağır maddi və mənəvi ziyan dəymiş, 30 mindən çox vətəndaşımız qətlə yetirilmiş, 10 minlərlə insan əlil olmuş, əsir düşmüş, minlərlə yaşayış məntəqəmiz,maddi sərvətlərimiz, mədəni irsimiz məhv edilmişdir. Ermənistan-Azərbaycan- Dağlıq Qarabağ münaqişəsi və müharibəsi nəticəsində ölkəmizə 22 milyard dollar həcmində maddi ziyan vurulmuşdur.

    1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra atılan əsas addım Azərbaycanın qarşısında duran ən ümdə, taleyüklü məsələnin həlli-ölkəmizə sqarşı erməni tıcavüzünün dəf edilməsi, işğal olunmuş torpaqların geri qaytarılması, ev-eşiyindən didərgin salınmış bir milyondan çox soydaşımızın el-obalarına dönməsi istiqamətində görülən tədbirlər oldu. 1994-cü ilin may ayında münaqişənin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan olundu. Mənasız olaraq qan axıdılmasına son qoyuldu, ordunun canlı qüvvəsinin sıradan çıxması dayandırıldı.

    Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində siyasi xəttin əsas məzmununu münaqişənin beynəlxalq normalara uyğun və dünya ictimaiyyətinin yaxından iştirakı ilə nizama salınması təşkil edir.

    Naim Vəliyev
    "Milli Qəhrəman" qəzeti Baş redaktorun I müavini
     
     
    22 Fevral 2011 Oxundu: 195 | Çap et
    Rəyini bildir
    Ad:
    E-Mail:
    winkwinkedsmile
    ambelayfeel
    fellowlaughinglol
    lovenorecourse
    requestsadtongue
    wassatcryingwhat
    bullyangry
    Kod: Təhlükəsizlik kodu
    kodu yenilə
    Kodu yaz



    Görüşlər

    Qəhrəmanlar və onların ailələri ilə keçirilən görüşlər
    Video
    "Milli Qəhrəmanlar" qəzeti
    Kitablar
    Qətnamə
    Saytda axtar
    © 2010 Deniz-Design STUDIO