Yüklənir...biraz gözləyin







Ana səhifə Haqqımızda Qonaq kitabı Tədbirlər Müsahibələr Əlaqə Baş redaktordan
Menyu
Milli Qəhrəmanlar
Şəhidlər
Əsir, İtgin ve Girovlar
Erməni terrorizmi və vandalizmi
İşğal olmuş rayonlar
Kitablar
Məqalələr
  • Qalereya
    » Foto
    » Audio
    » Video
  • Sorğu
    Milli Qəhrəmanlar muzeyinin yaradılmasına ehtiyac varmı?

    Bəli
    Xeyr
    Xocalı

    XOCALI SOYQIRIMI
    Keçidlər
    Sayğaclar



    free counters
    Məqalə Məqalələr
    Məqalə
    Həqiqət işığı


    Əziz oxucum: mən bu balaca yazı ilə, ötən xatirələrimi sizinlə bölüşmək istəyirəm. Deyirəm bəlkə məndə haqqa qovuşa bilərəm, bu yalan dünyada gördüklərimi haqqın dərgahına aparmaq istəmirəm, axı orada yalan işləmir, böhtan yoxdur, zər-ziba, daş-qaş, pul işləmir. Ancaq doğru söz və etdiyin əməllər işləyir. Hər bir kəsdə etdiyi əməllərə görə haqqın divanında cavab verəcəkdir. İstəyirəm ki,haqqın dərgahına, üzü ağ gedəm, əgər bacararamsa.

    Mən haqqında yazmaq istədiyim insanı çox erkən yaşlarımdan qiyabi tanıyırdım. Adını çox eşitmişdim, amma mən kənddə yaşamadığıma görə onun haqqında heçnə bilmirdim. Lakin Ağdam şəhərinə gəlib məskən salandan sonra, onu yaxından tanımağa başladım. O, insan, tanınmış igid, cəsur, haqqı-nahaqqa verməyən, xalqının mənəviyyatını özündə cəmləşdirən, Milli Qəhrəman adını sağlığında qəbul etməyən, haqqın dərgahına, doğulduğu kimi təmiz gedən Asif Yusif oğlu Məhərrəmovdur (Fred Asif). 1988-ci ilin fevral-mart ayları idi. Ağdam şəhərinin mərkəzində çayxana var idi. O, çayxanada birinci dəfə idi ki, onunla tanış oldum. Onun söhbətlərinə qulaq asdıqca, özüm-özümə deyirdim ki, ilahi insan nə qədər dərin zəkalı olarmış. O, ətrafına toplaşanlara mədəni sürətdə başa salmağa çalışardı ki, imperiya dağılır, müstəqil olmağımız üçün mənəvi, ruhən birləşməliyik. Deyirdi ki, bu erməni oyununu imperiya qüvvələrinin özləri edib ki, biz müstəqil olmağa can atmayaq. Ancaq onların hiylələrinə aldanmaq olmaz. Bizim içərimizə xüsusi hazırlanmış qüvvələr atacaqlar ki, biz bir-birimizi məhv edək, başımız qarışsın, onlar öz işlərini görsün. Ancaq ona getmək olmaz. Bizim birliyimiz elə burdan başlamalıdır. Hər gələnə qulaq asın, dediklərinə, xeyli düşündükdən sonra əməl edin. Deyirdi ki, bircə onu bilin ki, bizim bir yolumuz var haqq-ədalət yolu ki, nə cəmiyyət yaranır yaransın, bir məqsəd olmalıdır, torpaqlarımızı qorumaq, bütövlüyü əldə etmək. Torpaq bütöv olarsa deməli vətən var . Vətən parçalanarsa hamı didərgin düşər, namus, qeyrət əldən gedər. Axı bizdən əvvəlki, ata-babalarımız deyiblər ki, torpaq-namusdur, qeyrətdir. Bu sözləri deməkdə Asifin məqsədi var idi, bilirdi ki, Ağdam Qarabağın mərkəzi sayılır, burada igid oğlanlar çoxdur. Onları birləşməyə imperiya qalıqları imkan verməyəcəklər. Beləliklə şəhərdə iki cəmiyyət yaranmağa başladı, biri “Xalq cəbhəsi”, biri isə “Haqq cəbhəsi”. “Xalq cəbhəsində” rayonun tanınmış oğullarından biri Eldar Bağırov rəhbərlik eyləyirdi. “Haqq cəbhəsinə” isə Asif Məhərrəmov, ancaq hər ikisinin məqsədi, məramlı torpaqları qorumaq, vətəni bölünməyə qoymamaqdı.
    Sərhəd kəndlərində nəzarət postları yaradılmışdı. Mən bir gecə, doğma kəndimiz Abdal-Gülablıda gecə postda durmuşdum. Hələ yoldaşlar gəlməmişdi, gördüm ki, bir maşın işığını yandırıb söndürdü və mən durduğum posta yaxınlaşdı, gördüm ki, Asif Məhərrəmodur, bir qırıcı xıdırlı qəbi ilə gəlib, salamlaşdıq əyləşdi mənim yanımda hal-əhval tutandan sonra, mən onu bir tikə çörək kəsməyə dəvət etdim. Dedi ki, Qəhrəman sənki, bu düşmənlə qabaq-qabağa, tək səngərdə durmusan, səninlə şor-çörək yemək, başqaları ilə kabab yeməkdən yaxşıdır (baxmayaraq ki, onda mən “Xalq cəhəsinnin” üzvü idim). Bax əsl kişilik budur, əlində təklülə tüfənlgə durasan düşmən qabağında. Bax buna deyərlər vətəndaş... Mənimlə bir neçə saat həmin nəzarət postunda söhbətləşəndən sonra yoldaşlar gəldilər. Kəndlilərin çoxunun silahsız olduğunu görən Asifin gözləri doldu. Hamının əlini sıxıb ayrıldı. Ertəsi günü bir neçə silah-sursat özü ilə gətirib uşaqlara payladı və dedi ki, hələki gücümüz buna çatır. Ürəyi böyük olana, silah gərək deyil, dedi: sizin ürəyiniz böyükdür-görürəm. Bir neçə müddət keçəndən sonra, Ağdamda özünü müdafiə batalyonları yarandı. Şirin Mirzəyevin, Fred Asifin, Yaqub Rzayevin, Allahverdi Bağırovun, Faiq Baxşaliyevin rəhbərlik etdikləri batalyonlar, Ağdamın Mərzilindən-Papravənd kəndinə qədər 70 km ərazini qoruyurdular. Elə bir döyüş olmazdı ki, onlar bir-birinə kömək etməsinlər. Şəxsi incklik ola bilərdi, ümumi işə gəldikdə isə komandirlər həmişə bir olubdu. Dəfələrlə bizim batalyon (Yaqub Rzayevin) döyüşə girəndə, Asif Məhərrəmovun rəhbərlik etdiyi bataliyon bizim köməyimiz olub.
    1992-ci il “Xromord” kəndinin alınmasında, 1992-ci ilin fevral ayında Əsgəran şəhərinin alınmasında, Qara-qaya uğurunda döyüşlərdə, Fərrux dağı üzrunda döyüşlərdə, “Fred Asifin” rəhbərlik etdiyi batalyon bizimlə-bir döyüş əməliyyatları keçirib. Yaxşı yadımdadı 1992-ci ilin may ayının 15-də Abdal-Gülablı kəndi uğrunda döyüşlər gedəndə “Fred Asif” şəxsən özü bir komandir kimi, qabaqda, “Qızıl qaya”, Əli bulağı ətrafında düşmən ordusunu darmadağın etmiş və həmin əraziləri düşmən ləhzəsindən qurtamağa nail olmuşdu. Hətta düşmənləri vurduqları hərbi vertalyotun ekipajlarını götürmüşdülər.
    Ancaq nə etmək olardı, biz həm iç düşmənlərlə, həmdə onların havadarları ilə vuruşurduq. Bircə-bircə igid oğullar aradan götürüldü, Şirin Mirzəyev, Allahverdi Bağırov, Yaqub Rzayev, Eldar Bağırov. Fred Asif tək qaldı, imperiya havadarları ilə mübarizədə. 1993-cü ildə Ağdam şəhəri xaincəsinə düşmənə baxşeyiş edildi. Qüvvələr Xındırıstan kəndində cəmləşmişdi. Bütün batalyon pərən-pərən düşmüşdü. Bir gün “Fred Asif” məni, Qərvənd kəndində idim yanına çağırdı, dedi Qəhrəman yadındadı Ağdamda çayxanada etdiyim söhbətlər, dedim bəli yadımdadı. Dedi ki, sən şairsən belə bir şe’r yaz “Bu gedişlə hara gedir bu millət”. Heyif bu millətdən, Qəhrəman. Bu millət sındırılası millət deyil, ancaq bizi sındırdı, nakişilər. İki gündən sonra şe’ri apardım, ancaq o, deyildi... Asif Məhərrəmov bir neçə vaxtdan sonra bu dərdlərə dözməyib bu yalan, iki üzlü dünyada, haqqın dərgahına üzü ağ qovuşdu. İndi mən belə bir şe’r yazıb təsəlli tapdım. Axı mən onun ruhuna borclu idim.

    Əlləri,zəlil günə salanlar
    Kənardan boylanıb ilham alanlar
    Özgə qapılarda şeypur çalanlar
    Əziyyət çəkənə budursa hörmət
    Bu gedişlə hara gedir bu millət.

    Fred Asif haqqında yazmaq istəsəmdə ona qələmimin qüdrəti hələki çatmır, ona görəki deyirəm, bəlkədə elə söz yazaram ki, onun ruhu məni bağışlamaz. Axı o, bizim yaşadığımız “Qaranlıq dünyamızda haqqın bizə bəxş etdiyi haqq işığı” idi. Bizim eşitdiyimiz, gördüyümüz işıqlı dünyada çox şeyi görə-görə çoxunuda görmürük görürüksədə, gördüyümüzü deyə bilmirik. Ancaq o, həqiqəti deyirdi, həqiqətin içində cüzi yalanla barışan deyildi. Mən inanıram ki, hələ biz onu çox axtaracağıq, ondan bizə miras qalan həqiqət işığı gələcək nəsillərə nur saçacaq. O, həqiqət işığı ilə haqqına yaxınlaşan gənc hər vaxt zülmət qaranlıqlarla rastlaşa bilməz. Qoy işığın bütün ölkəmizi nura büləsin, ay qardaş sənin işığın Qarabağa düşsün. Axı o işıq haqqın, ədalətin işığıdır. Həqiqət işığı sönən deyil. Söndürmək istəyənləri, haqqın özü söndürər.

    Abdul Qəhrəman
    Qarabağ döyüşçüsü


     
     
    26 Yanvar 2012 Oxundu: 22 | Çap et
    Görüşlər

    Qəhrəmanlar və onların ailələri ilə keçirilən görüşlər
    Video
    "Milli Qəhrəmanlar" qəzeti
    Kitablar
    Qətnamə
    Saytda axtar
    © 2010 Deniz-Design STUDIO