Yüklənir...biraz gözləyin







Ana səhifə Haqqımızda Qonaq kitabı Tədbirlər Müsahibələr Əlaqə Baş redaktordan
Menyu
Milli Qəhrəmanlar
Şəhidlər
Əsir, İtgin ve Girovlar
Erməni terrorizmi və vandalizmi
İşğal olmuş rayonlar
Kitablar
Məqalələr
  • Qalereya
    » Foto
    » Audio
    » Video
  • Sorğu
    Milli Qəhrəmanlar muzeyinin yaradılmasına ehtiyac varmı?

    Bəli
    Xeyr
    Xocalı

    XOCALI SOYQIRIMI
    Keçidlər
    Sayğaclar



    free counters
    Məqalə Məqalələr
    Məqalə
    “Vətən mənə oğul desə, nə dərdim Mamır olub qayasında bitərdim”
    (M. Araz)


    Ömrünün baharına qovuşmağa 3 gün qalırdı


    1976-cı ilin qarlı-sazaqlı yanvar günlərindən birində doğma Azərbaycanımızın kiçik bir kəndində bir oğul da dünyaya göz açdı. Valideynləri ona Şamil adı verəndə, bəlkə də, Şeyx Şamil haqqında heç bir məlumatları yox idi. Şamil böyüdü, məktəbə gəldi. İllər bir-birini əvəz etdikcə Şamildə sinifdən-sinfə keçdi. Bilik dairəsi genişləndikcə çox şeylə maraqlandı.

    Şamilgilin sinfinə dil-ədəbiyyat dərslərini mən tədris edirdim. Yaxşı yadımdadır ki, xalq qəhrəmanlarından tez-tez suallar verərdi. Cavanşir, Babək, Koroğlu haqqında əlavə məlumatlar öyrənməyə çalışardı. X sinifdə oxuyanda haradansa Şeyx Şamil haqqında kiçik bir məlumat əldə etmişdi. Şeyx Şamil haqqında da çox şeyi bilmək istəyirdi. Ən çox sevdiyi fənn ədəbiyyat idi. Qəhəmanlar haqqında olan bədii əsərləri çox sevərdi. “Uzaq sahillərdə” povestinin disputu keçirilirdi. Mehdi Hüseynzadənin qəhrəmanlığı Şamilə necə böyük təsir etmişdisə, həmdə onun ölümündən necə təəsüflənmişdisə, ən son sualı o verdi: “Müəllim, Mehdini niyə öldürdülər?” Mən Şamilin sualını belə cavablandırdım: “Oğlum, qaniçən faşistlər yüzlərlə, minlərlə Mehdi kimi azadlıq sevər insanları qətlə yetiriblər. Ancaq yadda saxlayın ki, vətənin azadlığı, müstəqilliyi yolunda həlak olanlar heç vaxt unudulmur, xalq onları hər zaman yad edir”. Deyəsən, bu cavab həmişə zahirən sakit görünən, lakin içindən qaynayan Şamili qane etdi.
    Şamil kimdir? 1976-cı il yanvarın 19-da Ağsu rayonundakı Rəhimli kəndində anadan olub. Atası Ağasəf kişi, anası Səmayə xanım sadə, zəhmətkeş insanlar olublar. Bir əli Şamilin nənnisində, bir əli isə nehrənin qulpunda olan Səmayə xanım işlərini gün çıxmamış qurtarmağa çalışar, briqadir çağırmamış pambıq tarlasına çatmağa can atardı. Ağasəf kişi isə kolxozun texnikasına nəzarət edər, həmişə onların işlək vəziyyətdə olmasına çalışardı. Belə kasıb, zəhmətkeş ailədə Şamil kimi neçə oğul, neçə qız tərbiyə olundu, boya-başa çatdı.
    Şamildə böyüdü, əsgərlik yaşına çatdı. Ölkəmizdə müharibə gedirdi. Ermənilər hər gün Azərbaycan torpağını qarış-qarış zəbt edirdilər. Bu, azmış kimi daxili düşmənlərdə baş qaldırmışdılar. Xalqı öz ətrafında birləşdirməyi bacaran Ulu öndər Heydər Əliyev ölkənin prezidenti idi. 1995-ci ilin martında daxili düşmənlər xarici qüvvələrə arxalanaraq çevrilişə cəhd etmək istədilər. O zaman ulu öndərin çağırışına hay verən, ölkəni parçalanmaq təhlükəsindən qurtarmağa can atan milli ordu əsgərləri içərisində Şamil də var idi. Ömrünün baharına qovuşmağa 3 gün qalırdı.
    18 mart 1995-cı il Şamilin həyatında sonuncu gün oldu. O, qəhrəmancasına həlak oldu. Neçə-neçə işiqlı arzusu ürəyində qaldı. Lakin ən böyük arzusu həyata keçdi. Vətənin azadlığı bütövlüyü, müstəqilliyi qorundu.
    Ulu öndərimiz, ölkəmizin prezidenti Heydər Əliyev mart hadisələrindən az sonra Vətənimizin daxili düşmənlərindən xilas edilməsində göstərdiyi şücaətlərə görə ən yüksək fəxri ad- Azərbaycanın Milli Qəhrəmanı adı veriməsi haqqında sərəncam imzaladı. Onlardan biri də Şamil Ağasəf oğlu Ramazanov idi.
    İndi Şamil vətən torpağının kiçik bir parçası olan Ağsu rayonunun Rəhimli kənd qəbristanlığında başqa bir Milli Qəhrəmanımız Yusif Əliyusif oğlu Əliyevlə bərabər əbədiyyətə qovuşub.
    Şamilə dərs deyən müəllimlər, həmin məktəbin şagirdləri və kənd camaatı fəxr edir ki, Rəhimli kəndinin iki Milli Qəhrəmanı var. Azərbaycanın Milli Qəhrəmanları ilə bütün Azərbaycan qürurlanır. Xalqımızın igid oğulları Qarabağı azad edəcək, onda bu Milli Qəhrəmanlarımızın və şəhidlərimizin ruhları şad olacaq. Bu günə lap az qalıb!

    Əliqamət Həsənov, müəllimlərin VII-ci qurultayının nümayəndəsi,
    Ağsu rayonundakı S. Mikayılov adına Rəhimli kənd tam orta məktəbinin direktoru.
     
     
    26 Yanvar 2012 Oxundu: 26 | Çap et
    Görüşlər

    Qəhrəmanlar və onların ailələri ilə keçirilən görüşlər
    Video
    "Milli Qəhrəmanlar" qəzeti
    Kitablar
    Qətnamə
    Saytda axtar
    © 2010 Deniz-Design STUDIO