Yüklənir...biraz gözləyin







Ana səhifə Haqqımızda Qonaq kitabı Tədbirlər Müsahibələr Əlaqə Baş redaktordan
Menyu
Milli Qəhrəmanlar
Şəhidlər
Əsir, İtgin ve Girovlar
Erməni terrorizmi və vandalizmi
İşğal olmuş rayonlar
Kitablar
Məqalələr
  • Qalereya
    » Foto
    » Audio
    » Video
  • Sorğu
    Milli Qəhrəmanlar muzeyinin yaradılmasına ehtiyac varmı?

    Bəli
    Xeyr
    Xocalı

    XOCALI SOYQIRIMI
    Keçidlər
    Sayğaclar



    free counters
    Məqalə Məqalələr
    Məqalə
    Tovuz elinin qəhrəman oğlu!


    İgidlər məskəni, təbiətin füsünkar, gözəllikələrinə qərq olmuş, Tovuz elinin Bozalqanlı yurdu. Tovuz şəhəri ilə qucaqlaşan Bozalqanlı kəndi öz tanınmış el sənətkarları ilə yanaşı igidləri ilə də ad-san qazanıb. Biz sizlərə vətənin müdafiəsində canını qurban verən igidlrimizdən biri Qasımov Adil Qələndər oğulu haqqında söz açmaq istəyirik.

    Adil Qələndər oğlu Qasımov1966-cı il oktyabrın 6-da Tovuz rayonu Bozalqanlı kəndində zəhmətkeş bir ailədə seyid ocağında dünyaya göz açıb, ailənin son beşiyi idi. Ancaq onun yurdda qalıb yurdçu olduğuna fələk icazə vermədi. Balaca Adil dostu tay-tuşu ilə sevinə-sevinə Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbinə yollananda yaxşı oxumaq, yaxşı şeir söyləmək arzusu ilə gedirdi. Böyüdükcə çevik, qoçaq, yorulmaq bilməyən Adildə idmanın bütün normativlərini yerinə yetirən gənc kimi karateyə olan həvəsi daha güclü idi. Sambo və güləşlə də məşğul olurdu. Ömrünün ən gözəl çağlarını sovet ordusunda, uzaq Şimal Buzlu Okeanının sahillərində Murmansk şəhərində keçirdi. Burada təbiətin sərt şaxtalı hava şəraitindən qorxmayan Adil daha da mətinləşmiş və kişiləşmişdi. Komandanlıq tərəfindən dəfələrlə təşəkkürnamələrlə təltif olunmuşdur. Doğma vətənə dönən Adil Tovuz şəhərində kərpiç zavodunda işə başlayır. Yaxşı işlədiyinə görə sex rəisi vəzifəsinə təyin olunur. İşləyə-işləyə Türkiyəyə altı aylıq həm karate, həm də hərbi təlim məşqləri üzrə kursa göndərilir. Ancaq qəlbini, vücudunu didib parçalayan 20 Yanvar hadisəsi onu narahat edirdi. Vətən təəsübkeşliyi o qədər güclü idi ki, qəlbinin dərinliyindən onun dünyaya olan baxışlarına hakim kəsilmişdi. 1991-ci ilin fevral ayından könüllü olaraq milli ordu sıralarına yazılan Adil yalnız döyüş əmrinin gözləyirdi. Adilin qüruru, duruşu, cəsurluğu digərlərinə örnək idi, sanki onun vücudundan ermənilər qorxurdu. Ağdam, Əlibəyli, Koxa Nəbi və digər sərhəd boyu məntəqələrdə addım-addım gəzib dolaşan, gecəni diri gözlə açan Adil dəfələrlə erməni döyüşçüsünü yerindəcə məhv etmişdir. Onun döyüşçü dostlarından Rafael Abdullayev, Elburus, Rafael Cahangiroğlu, Əlləddin Həsən oğlu (“Nemes” ləqəbi), Valentin Rzayev isə Tofiq oğlu, Məharət Musayev, Elman Bakılı, Elman Cırdaxanlı ilə bir yerdə vuruşmuşdu. Adil haqda daha çox danışmaq olar, gərək onunla bir yerdə döyüşdə sağ qalanları dinləyəsən. Bizə isə onun kiçik döyüş anlarını xatırladan hissələri sizlərə çatdırmaq qalır.
    Adil haqqında zaman zaman söylənilən söhbətlər təklikdə bir kitaba yazılsa belə azlıq təşkil edər. Son döyüşü 1992-ci il dekabrın 27-də Tovuz rayonunun Ağdam kəndindən üzü Çınarlı kəndi istəqamətində hücuma başlanır. 19 km-lik bir ərazinin içərisinə daxil olan döyüşçülərimiz get-gedə ermənilərin güclü canl qüvvəsi və texnikası ilə üzləşsədə onlara döyüş asan gəlirdi, çünki o qədər məğrurcasına irəliləyirdilər ki, erməni batalyonundan çoxlu əsgər məhv edilir. Yalnız bir neçə erməni əsgəri qaçıb canın qurtarır. 1993-cü ilin sentyabırın 1-nə qədər davam edən amansız döyüşdə düşmən tərəf əks hücuma böyük qüvvə ilə keçərək doyüşdə üstünlüyü ələ alır. Mətbuatda dillər əzbəri olan “Beş qardaş” tarixə qızıl hərflərlə yazılır. Valentin Rzayev, Tofiq, Məharət Musayev, Elman Bakılı vəmənfur düşmənə əsir düşməmək üçün özünü qumbara ilə partladan Adil Qasımov qəhrəmancasına həlak olurlar. Adil və yoladaşları qəhrəmanlıq dastanı yaratdılar. Bu gün xalqımız öz qəhrəman övladı Adilin adını qəlbində yaşadır.

    “Milli Qəhrəman” qəzeti
     
     
    6 Fevral 2012 Oxundu: 55 | Çap et
    Görüşlər

    Qəhrəmanlar və onların ailələri ilə keçirilən görüşlər
    Video
    "Milli Qəhrəmanlar" qəzeti
    Kitablar
    Qətnamə
    Saytda axtar
    © 2010 Deniz-Design STUDIO