Yüklənir...biraz gözləyin







Ana səhifə Haqqımızda Qonaq kitabı Tədbirlər Müsahibələr Əlaqə Baş redaktordan
Menyu
Milli Qəhrəmanlar
Şəhidlər
Əsir, İtgin ve Girovlar
Erməni terrorizmi və vandalizmi
İşğal olmuş rayonlar
Kitablar
Məqalələr
  • Qalereya
    » Foto
    » Audio
    » Video
  • Sorğu
    Milli Qəhrəmanlar muzeyinin yaradılmasına ehtiyac varmı?

    Bəli
    Xeyr
    Xocalı

    XOCALI SOYQIRIMI
    Keçidlər
    Sayğaclar



    free counters
    Naxçıvanda göz açıb Bakıda böyüyən Xocalı sakini
    Müharibənin cəmiyyətə və ümumiyyətlə bəşəriyyətə vurduğu ən əsas zərbəsi saysız-hesabsız insan təlafatıdır. Günahsız insanlar ölür, amma kimsəni mühakimə etmək olmur. Nə qədər həyatdasansa itirdiyin insanın ölümü ilə bərabər onun səbəbkarlarının tapılıb mühakimə edilməməsi sənə əzab verir. Ötən əsrin sonlarında baş verən Qarabağ müharibəsinin də bu cür fəsadları oldu. Minlərlə həmvətənimizin günahsız yerə qanı axıdıldı. Həmin illərdə çox cavanlarımızın bəy otaqları bağlı qaldı. Neçə-neçə uşaqlar ata, anasını itirdilər. Mərd oğulları şəhid olan analar qara saçlarını ağardıb qara geyindilər. Onlardan bir də şəhid İlqar Vaqif oğlu Musayevin anası Mənzərə xanımdır. Şəhid anası bu gün oğlu İlqarın mərdliyi ilə öyündüyünü fəxrlə dedi. Oğlunu xatırlayarkən, onun keçmişindən danışarkən bildirdi ki, İlqar vətənini sevən bir oğul idi: "İlqar 1970-ci il mart ayının 29-da Naxçıvanda anadan olub. Bakının Nərimanov rayonunda orta məktəbi bitirib.
    Onu Ukraynaya hərbi məktəbi oxumağa yollamışdılar. O, 20 Yanvar hadisəsinidən sonra orada olan azərbaycanlıları da yığıb 40- gün matəm saxlamışdılar. Sonra o könüllü olaraq orada oxumaqdan imtina etmişdir. Çünki İlqara vətənini, Azərbaycanı o qədər sevirdiki, Azərbaycansız heç yerdə qala bilməzdi."
    Mənzərə müəllimənin dediyinə görə İlqar Ukaraynadan Azəbaycana gələndə ilk getdiyi yer Şəhidlər Xiyabanı olub. İntiqam hissi İlqarı o qədər bürüyübmüş ki, evlərinə gələn kimi o deyib: "Nə olursa olsun mən döyüşə gedəcəm. Vətən oğullarımın intiqamını alacam".
    22 Noyabr 2010 | Oxundu: 127 | Davami
    Qobustandakı islah
    Taleyin bizə qonşu etdiyi iyrənc, rəzil və amansız erməni cəlladları illər boyu Azərbaycanın qanına susamış, ona görə də sui - qəsdən, terrordan, təxribatdan müharibəyə qədər hər şeyə əl atmışlar. Onlar uzun müddət qəlblərində yaşatdıqları, arzusunda olduqları sərsəm niyyəti, yəni "Böyük Ermənistan" yaratmaq xülyasını həyata keçirmək məqsədilə 1988-ci ildən elan olunmamış müharibə yolu ilə torpaqlarımıza təcavüz etdilər. Zorla müharibəyə təhrik edilmiş xalqımız və onun mərd oğulları yurdumuzu müdafiə etmək üçün ayağa qalxdılar.
    Belə oğullardan biri də bölük komandiri, gənc zabit Rövşən Rzayev idi. O, 1991-ci ildə Ali Hərbi Komandirlər məktəbini bitirərək Orta Asiya və Qazaxıstan üzrə daxili qoşunların tərkibində xidmət etməyə göndərilmişdir.
    22 Noyabr 2010 | Oxundu: 105 | Davami
    Şəhidsiz torpaq, itkisiz qələbə, qansiz istiqlal olmur
    Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu 27 aprel 1952-ci ildə Şəki rayonunun Oxut kəndində - Fransa Partizan hərəkatının əfsanəvi döyüşçüsü Əhmədiyyə Cəbrayılovun ailəsində anadan olmuşdur. təhsilini 5 saylı Şəki şəhər fəhlə gənclər məktəbində bitirmişdir. Əmək fəaliyyətinə Şəki İpək İstehsalatı Birliyində başlayıb. 1971-ci ildə Şəki Şəhər DİŞ-də milis nəfəri vəzifəsinə qəbul edilib. 1976-cı ildə Milis Məktəbinə göndərilib. 1978-ci ildə məktəbi müvəffəqiyyətlə bitirmiş, Mikayıl leytenant rütbəsi alıb, sahə müvəkkili vəzifəsinə təyin edilmişdir.
    Bu gün Azərbaycan səmasında səslənən azan səsləri şəhid harayları üstündə köklənib. Ana yurdun keşiyini çəkir şəhid qəhrəmanların ruhları. Onlardan hər birinin xatirəsi könülləri sızladır, sinələri göynədir. Lakin əyilmirik, ağlamırıq, inləmirik. Sarsılsaq bir daha qalxa bilmərik. Qəddimizi düzəldib zamanın üzünə dik baxmalıyıq, çünki tale bizi ağır imtahana çəkir. Xalqımızı, millətimizi, inancımızı sınayır. Şəhidsiz torpaq, itkisiz qələbə, qansız istiqlal olmur.
    1990-cı il dekabr ayının 2-də Azərbaycan Respublikası Daxili İşlər nazirinin sərəncamı ilə bir qrup Şəki milisi Mikayıl Cəbrayılovun rəhbərliyi ilə Qarabağa ezam olundular.
    22 Noyabr 2010 | Oxundu: 136 | Davami
    Lideri olan xalq qəhrəmanlar yetişdirir
    Erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı və terror aktlarının iki əsrə yaxın bir tarixi vardır.
    Bu mənfur düşmənin məqsədi azərbaycanlıları öz doğma torpaqlarından qovmaq, bu torpaqların hesabına özlərinə "Böyük Ermənistan" dövləti yaratmaq idi. Azərbaydan xalqı isə illərlə mükəmməl təşkil olunmuş və artıq dövlət terrorizmi səviyyəsinə qaldırılmış hiyləgər erməni terrorizmi ilə üz-üzə qalmışdır. XIX əsrin sonları XX əsrin əvvəllərində erməni terror təşkilatları tərəfindən Azərbaycanda günahsız insanlar qətlə yetirilmiş, kəndlər yandırılmış və şəhərlər viran edilmişdir. 1890-cı ildə Tiflisdə yaradılan "Daşnaqsütyun" partiyasının əsas məqsədi Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan, Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti yaratmaq idi. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən bu partiya türklərə və azərbaycanlılara qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. 1919-cu ildə "Daşnaqsütyun" partiyası İrəvanda keçirdiyi IX qurultayında intiqamçı terror hərəkatlarına başlamaq haqqında qərar vermişdir. Erməni terror təşkilatları tərəfindən XX əsrin 70-80-ci illərində dünyanın müxtəlif ölkələrində türk diplomatlarına qarşı 150-dən çox terror aktı törədilmişdir.
    XIX əsrin əvvəllərində Qarabağ və Zəngəzura İrandan və Osmanlı imperiyasından köçürülmüş ermənilərin yerləşdirilməsi ermənilərin bu torpaqlara iştahalarını daha da artırdı. 1905-1918- i illərdə ermənilər Qafqazın müxtəlif bölgələrində qətllər, qırğınlar törətməyə başladılar.
    22 Noyabr 2010 | Oxundu: 110 | Davami
    Xalqın əvəzolunmaz himayədarı, ruhun şad olsun!
    Dahi insan doğma yurdunun sadiq və əzmkar oğlu kimi öz üzərinə düşən tarixi vəzifələri şərəflə yerinə yetirdi.

    Azərbaycan xalqının tarixin sınaqlarından çıxmış iradəsi onun böyük rəhbərə adi siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəksiz və şəriksiz müəllifi kimi baxdığını təsdiqlədi. Hansı siyasi şəraitdə və tarixi mərhələdə yaşamasından asılı olmayaraq, xalqımız Heydər Əliyev siyasi kursunun həyati əhəmiyyət daşıyan prinsiplərinə indi sadiqdir, çünki bu, onun bir millət olaraq inkişafını təmin etməyə qadir konseptual ideologiyanı əhatə edir. Həmin siyasi kursdan kənarda Azərbaycan dövlətçiliyi yoxdur. Çünki Heydər Əliyevin siyasi kursu elə dövlətçiliyin özü deməkdir və bunu çox da uzaq olmayan illərin təcrübəsi dönə-dönə sübut etmişdir. Heydər Əliyev Azərbaycanda hamının eyni dərəcədə inandığı fundamental bir siyasi ideologiyanın, bütün vətəndaşlarının hər növ hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu, yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı.
    22 Noyabr 2010 | Oxundu: 123 | Davami
    Ermənilərin yüz addımlığında

    Orucov Vəzir Surxay oğlu 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində doğulmuşdur. Orta təhsilini buradakı orta məktəbdə almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuş və bir ildən sonra hərbi xidmətə çağırılmışdır. 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış təhsilini davam etdirmişdir. O, ilk əmək fəaliyyətinə Tərtər Çörək Zavodunda başlamışdır. 1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinə köçmüşdr. 1992-ci ildə doğma torpağında gedən döyüşlərdə iştirak etmək üçün vətənə dönmüşdür.
    22 Noyabr 2010 | Oxundu: 119 | Davami
    Cəsur kəşfiyyatçı
    İsgəndərov Əlabbas Qara oğlu 25 iyul 1958-ci ildə Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur. orta məktəbi doğulduğu kənddə bitirmişdir. Məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılır. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət təsərrüfatda çalışır. Zəhmətkeş, torpağa bağlı bir insan olduğunu nəzərə alaraq onu İcarə kollektivinə başçı seçirlər.
    1991-ci ilin noyabr ayında Ağdamda özünümüdafiə dəstəsi yaradılır və ora yazılanlardan biri də Əlabbas olur.
    İsgəndərov Əlabbas Qarabağın Əmrallar, Kuropatkino, Muğanlı, Qaradağlı, Şelli, Gülablı kəndləri ərazisində ən çətin, qaynar nöqtələrdə kəşfiyyat əməliyyatlarında fəal iştirak etmiş, düşmənin mövqeyi, texnikası və canlı qüvvəsi haqqında faktları dəqiqliklə və vaxtında komandanlığa çatdırmışdır. Onun şəxsi fəaliyyəti nəticəsində erməni quldurlarının keçirəcəyi əməliyyatların qarşısı vaxtında alınırdı. Qorxubilməz kəşfiyyatçı Qarabağın ermənilər yaşayan kəndlərini qarış-qarış gəzirdi. Yağıların olduğu nöqtələrə gedirdi. Bir kəşfiyyatçı kimi Əlabbasın fəaliyyətinin çoxu hələ sirrdir.
    22 Noyabr 2010 | Oxundu: 125 | Davami
    Erməni həmişə ermənidir
    Osmanlı dönəmində ermənilərin vəziyyəti və onların yabançılara meyillənmə çabaları

    Səlcuqlardan sonra osmanlılar da ermənilərin barış, rifah və tərəqqi şərtləri ilə yaşamasına imkan yaratmışdılar. 1326-cı ildə Orxan bəy Bursanı fəth etdi və bu şəhər müəyyən bir müddət ərzində türklərin paytaxtı oldu. Bu zaman Orxan bəy ermənilərin də Bizans təhlükəsindən birdəfəlik qurtulması üçün onların Anadoluda məskunlaşmasına icazə verdi. Onun şəfqəti nəticəsində erməni patriarxlığı da Bursaya köçürüldü. İstanbulun fəthindən sonra, 1461-ci ildə Fateh Sultan Məhmət Bursanın baş yepiskopu Hovakimi bütün ermənilərin patriarxı kimi tanıdı və onu iki yüz erməni ailəsi ilə birlikdə İstanbula köçürtdü. Sultan Məhmətin əmri ilə patriarxlığa və erməni ailələrinə münasib yerlər ayrıldı, bununla da İstanbulda güclü bir erməni icması yarandı...
    Haşiyə: Heç də təsadüfi deyil ki, erməni kilsəsinin rəsmi saytında deyilir: "Erməni kilsəsi tarix boyu erməni xalqı ilə o qədər yaxın olmuşdur ki, indi onları bir-birindən ayrı düşünmək mümkün deyil.
    22 Noyabr 2010 | Oxundu: 114 | Davami
     
    1 ... 4 5 6 7 8 9 10 11 12 13
     
    Görüşlər

    Qəhrəmanlar və onların ailələri ilə keçirilən görüşlər
    Video
    "Milli Qəhrəmanlar" qəzeti
    Kitablar
    Qətnamə
    Saytda axtar
    © 2010 Deniz-Design STUDIO