Yüklənir...biraz gözləyin







Ana səhifə Haqqımızda Qonaq kitabı Tədbirlər Müsahibələr Əlaqə Baş redaktordan
Menyu
Milli Qəhrəmanlar
Şəhidlər
Əsir, İtgin ve Girovlar
Erməni terrorizmi və vandalizmi
İşğal olmuş rayonlar
Kitablar
Məqalələr
  • Qalereya
    » Foto
    » Audio
    » Video
  • Sorğu
    Milli Qəhrəmanlar muzeyinin yaradılmasına ehtiyac varmı?

    Bəli
    Xeyr
    Xocalı

    XOCALI SOYQIRIMI
    Keçidlər
    Sayğaclar



    free counters
    İgid adı yadigar qaldı
    Həbibov Rəfael Haci Şərafət оğlu 20 aprel 1964-cü ildə Əli Bayramlı şəhərində doğulmuşdur. 1981-ci ildə buradakı 14 saylı orta məktəbi bitirmişdir. Daha sonra hərbi xidmətə çağırılır. Baltik qoşunlarında xidmətini başa vuraraq Gizirlər məktəbinə daxil olur. 1992-ci ildə o yenicə yaranmağa başlayan Milli Ordunun ilk zabitlərindən olur. Rəfael leytenant rütbəsi ilə 23 may 1992-ci il də Qarabağa döyüş bölgəsinə göndərildi. O, Təzəkənd, Narıştar, Zod, Çapar kəndləri uğrunda gedən döyüşlərdə itirak edir.
    Doğma vətənimiz olan Azərbaycan qəhrəmanlar yurdu, igidlər diyarıdır. Elə igidlər ki, onlar Azərbaycana şöhrət qazandırmış, onu qəhrəmanlar diyarı kimi tanıtmışdır. Vətəni sevmək, onun hər bir qarış torpağının qədrini bilmək və lazım gələrsə bu müqəddəs torpaq uğrunda öz şirin canından keçməyi bacarmaq bizim hər birimizin müqəddəs borcudur.

    Xalqımızın içərisindən neçə-neçə igid oğullarımız, kişi qeyrətli qızlarımız meydana çıxmışdır ki, onlar ölümün gözünə dik baxaraq vətən yolunda öz canlarını əsirgəməmişlər.Belə qəhrəman oğullarımızdan biri də Həbibov Rəfaeldir. O, çox döyüşlərdə olmuş və hər döyüşdə də düşmən qarşısında mərdliklə dayanaraq qeyrətlə vuruşmuşdur.
    7 Dekabr 2010 | Oxundu: 179 | Davami
    Boyuk vətən sevgisi
    Azərbaycanən dilbər gusəsi Fuzuli rayonu təkcə mugənni, xanəndə, alim, idmancəlar, sənətkarlar yox, həm də gorkəmli sərkərdələr, generallar, igidlər yetirmisdir. Erməni təcavuzunə qarsə mubarizədə minlərlə fuzulili doyusmus, yuzlərlə fuzulili səhid olmus, yaralanməs, itkin dusmusdur. Onlardan 9-u “Azərbaycanən Milli Qəhrəmanə” adəna layiq gorulmusdur.
    1971-ci ildə dunyaya goz acan Məmmədov Seymur Qəhrəman oglu bu 9 nəfərdən biridir. Seymur 1978-88-ci illərdə burada 2 saylə məktəbdə təhsil alməsdər. 1988-ci ildə Azərbaycan Politexnik Institutuna daxil olmusdur. 1991-ci ildə hərbi xidmətə cagərələr. Hərbi xidmətini Almaniya və Ukraynada kecirir. Ordudan tərxis edilən kimi konullu olaraq “N” saylə ozunumudafiə batalyonuna yazələr. Seymur bir necə kəndin azad edilməsində, əsirlərin geri alənmasənda əsl qəhrəmanləq gostərmisdi.

    1992-ci il 1 aprel Seymurun son doyusu oldu… Məlikcan kəndi ugrunda gedən doyuslərdə hər birində 10 erməni yaraqləsə olan 15 post məhv edildi, namərd, sərəfsiz ermənilərin snayper gulləsi bu doyusdə Seymurun gənc omrunu qərdə. O, 21 yasənda Vətən ugrunda qəhrəmancasəna səhid oldu. Bakədakə Səhidlər Xiyabanənda dəfn edilib. Oxudugu məktəb onun adənə dasəyər.
    7 Dekabr 2010 | Oxundu: 175 | Davami
    İgidlik nümunəsi
    Məmmədov Aytəkin İsrayıl oğlu 29 may 1967-ci ildə Gədəbəy rayonunun Göyəli kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbin birinci sinfinə getmiş və 1984-ccü ildə orta təhsilini başa vurmuşdu. Elə həmin il texniki - peşə məktəbində rəngsaz peşəsinə yiyələnmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmış və Əfqanıstan müharibəsində iştirak etmişdir. 1987- ci ildə hərbi qulluğunu başa vurduqdan sonra Bakıya gələrək tikinti idarəsində öz peşəsi üzrə işləməyə başlamışdır.
    Qəhrəmanlar ölmür, xalqın qan yaddaşında yaşayır, həmişə xatırlanır, məhəbbətlə anılırlar, elin-obanın qeyrətini çəkənlər, Vətən torpağını canından əziz tutanlar ölümündən sonra yaşayanlardır.

    Aytəkin Məmmədov 1985-87-ci illərdə Sovet qoşunları tərkibində Əfqanıstanda keçirdiyi hərbi xidmətdə bu böyük qəhrəmanlığın ilk məşqlərini keçmişdi. Orada qorxmazlıq, igidlik nümunəsi göstərmişdi. Dəfələrlə hərbi koməndanlıq tərəfindən təşəkkürlər almışdı. Elə Əfqanıstan döyüşlərində ayğından yaralanmışdı Aytəkin.
    Hərbi xidməti başa vurub doğma el-obasına dönəndə ata-anasının sevinclərinin həddi-hüdudu yox idi. Bu pəhlivan cüssəli oğlan böyüyüb kişiləşmişdi. Onu dərhal evləndirmək barədə düşündülər…
    7 Dekabr 2010 | Oxundu: 156 | Davami
    Qəhrəmanlar ölmür
    Edilov Yelmar Şahmar oğlu 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əliməmmədli kəndində dünyaya gəlmişdir. 1954-64-cü illərdə Əliməmmədli kənd orta məktəbində təhsil almış, sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. O, 1964-cü ildə Minsk şəhərində hərbi xidmətə başlayır. Yelmar yaxşı idmançı idi. Sambo ilə məşğul olurdu.
    1989-cu ilin sonunda Kolanı kəndlərinə Ermənistandan qovulan qaçqınlar gələndə Yelmar uzaqgörənliklə bunun sonunun müharibə ilə qurtaracağını deyirdi. Elə həmin vaxtdan özünümüdafiə dəstələrinin yaradılmasını təkid edirdi.

    1990-cı il hadisələrindən sonra bu sahədə işlər görülməyə başladı. 1991-ci ilin əvvəllərində Kolanının Əliməmmədli, Əliağalı, Xaçın-Dərbənd, Mollalar, Kürdlər və Qalayçılar kəndləri erməni birləşmələrinin yerləşdiyi Sırxavənd, Qazançı, Kiçan və Fərrux kəndlərindən atəşə tutulurdu. Belə bir vaxtda Kolanı özünümüdafiə dəstəsi yaradıldı və Yelmar yekdilliklə onun başçısı seçildi. Yelmarın qardaşları Əşrəf və Adil də dəstənin üzvləri oldular.
    7 Dekabr 2010 | Oxundu: 164 | Davami
    Cəsur şahin
    Musayev Fəxrəddin Musa Oğlu 30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayraməli şəhərində dünyaya göz açmışdır. 1964-cü ildə məktəbə getmiş, 1974- cü ildə orta təhsilini başa vurmuşdur. Sonra F. Musayev Qorki Politexnik İnstitutunun gəmiçilik fakültəsinə qəbul olunmuşdur. 1975-ci ildə ordu sıralarına çağırılmışdır.
    1990-1992-ci illər onun həyatında mənəvi cəhətdən ən ağır illərə çevrildi. «Qara Yanvar» faciəsindən sonra dəfələrlə Qarabağa, qaynar nöqtələrə göndərilmək üçün hərbi komissarlığa müraciət edirdi. Lakin aviasiya sahəsində təcrübəli mütəxəssislərə ehtiyac olduğunu bildirib ərizəsini geri qaytarırdılar.

    Nəhayət, 1992-ci il fevralın 14-də Azərbaycan Hərbi Hava Qüvvələri yaradıldı. Fəxrəddin Hərbi Hava Qüvvələrində işə başladı.
    1992-ci il martın 25-də aviasiya baş leytenantı Fəxrəddin Musayev eskadrilya komandiri kimi əvvəlcə Gəncəyə, bir neçə gündən sonra isə Yevlağa yollandı. Həmin vaxtlar respublikamızın Ermənistanla bütün sərhəd rayonlarında, Qarabağın və Goranboyun hər yerində amansız döyüşlər gedirdi. Dünyanın bir çox ölkələrindən müasir hərbi texnika ilə təmin edilən, döyüş qüvvələrinin yarıdan çoxu muzdlu qatillər olan düşmən müqəddəs ərazilərimizin xeyli hissəsini ələ keçirmişdi.
    Belə mürəkkəb şəraitdə cəbhə xəttinə gələn Fəxrəddin ilk növbədə ona etibar edilən «Mİ-2» vertolyotunu döyüş vəziyyətinə gətirdi. Aprelin əvvəllərində Ağdam istiqamətində geniş miqyaslı əməliyyat gözlənilirdi. Hücum ərəfəsində aviasiyanın və artilleriyanın yardımına böyük ehtiyac var idi.
    7 Dekabr 2010 | Oxundu: 148 | Davami
    Unudulmaz qəhrəmanlıq
    HÜSEYNOV SADIQ DAYANDUR OĞLU 29-iyul 1969-cu ild Agcabədi rayonunda doğulmuşdur. 1968-78-ci illərdə burada orta məktəbdə oxumuşdur. 1980-ci ildə ordu sıralarına cağırılmışdır. 1989-cu ildə DİN-nin sərəncamı ilə Şuşa şəhərində sahə müvəkkili olaraq isə baslayır. Ermənilirin azğınlaşması silahlı dəstələri Azərbaycan torpaqlarını işğal etdikləri vaxtlarda digər polis əməkdaşları kimi o da, döyüşə girdi. 29 mart 1992-ci il o döyüşlərdən birində ağır yaralanır buna baxmayaraq silahı yerə qoymur.
    Müstəqillik qazanana qədər ölkəmiz çox sınaqlardan, məşəqqətlərdən keçib. Bu müstəqillik şəhid olmuş oğulların, sağlamlığını itirmiş insanların, qəhrəmanların şücaəti bahasına əldə olunub. Bu qəhrəmanlıqları isə dövlətimiz layiqincə qiymətləndirib.
    Haqqında söhbət açmaq istədiyimiz qəhrəmanlardan biri də Hüseynov Sadıq Dayandur oğludur. Hansı ki, o, öz həyatını vətəninin müstəqilliyi və bütövlüyü uğrunda itirmiş, şəhidlik zirvəsinə ucalmışdır.
    7 Dekabr 2010 | Oxundu: 110 | Davami
    Fəxrəddin ilk dəfə olaraq erməni vəhşiliklərini döyüşlərdə gördü
    Nəcəfov Fəxrəddin Vəliyəddin oğlu 1967-ci il mart ayının 31-də Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Nəsimi rayonundakı 19 saylı orta məktəbi bitirdikdən sonra Bakı Çini Qablar Zavodunda əmək fəaliyyətinə başlamışdır. Bir ildən sonra Fəxrəddin hərbi xidmətə çağırılır. O, 1987-ci ildə Arxangelsk vilayətində ordudan tərxis olunub, Vətənə qayıdır, DİN -nin Yanğından Mühafizə Ali Hərbi məktəbinə göndərilir.
    1991-ci ildə Ermənistan Silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzü güclənirdi. Torpaqlarımızın bütövlüyü və toxunulmazlığı uğrunda gedən döyüşlərdə əsgər və zabitlərimiz qəhrəmancasına vuruşurdular.
    7 Dekabr 2010 | Oxundu: 121 | Davami
    Şəhidlik tarixin, insan ömrünün bir anıdır
    İsmayılov İlqar Sədi oğlu 29 mart 1959-cu ildə Bakı şəhərində doğulmuşdur. 1966-cı ildə Bakının Nərimanov rayonundakı 45 saylı orta məktəbin birinci sinfinə getmiş, 1976-cı ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il o, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1981-ci ildə ali məktəbi bitirmişdir. O, cüdo üzrə idman ustası idi. 1981-ci ildə Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Bakı Ordu İdman Klubunda xidmət etmişdir. 1983-cü ildə ordudan təxris olunmuş və 1986-cı ilə qədər «Dinamo» İdman Klubunda məşqçi işləmişdir. O, sonra leytenant rütbəsi ilə Daxili İşlər Nazirliyinin Sabunçu rayon Daxili İşlər Şöbəsində əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir.
    Vətən doğma torpaq, haqq, ədalət, namus, qeyrət və ismət naminə şəhid olmaq - Vətənə, torpağa, xalqa ata və anaya məhəbbət hissinin ecazkar mənasının zənginləşməsidir. Şəhidlik tarixin, insan ömrünün bir anıdır. Bu ana layiq görülənlər ölümsüzlüyə əbədiyyətə qovuşurlar.
    7 Dekabr 2010 | Oxundu: 107 | Davami
    Şəhidlərsiz dincəlməyib torpaqlarım
    Qasımov İxtiyar Qasım oğlu 22 mart 1970-ci ildə Ağdam rayonunun Salahlı kəndində anadan olmuşdur. 1977-ci ildə kənd orta məktəbinin birinci sinfinə getmiş və səkkizinci sinfədək burada təhsil almışdır. İxtiyar 1985-ci ildə Bakıya gəlir və təhsilini kimya - biologiya təmayüllü məktəbdə davam etdirir. O, sənədlərini Gəncə Kənd Təsərrüfatı Akademiyasına verir və aqronomluq fakültəsinə daxil olur.
    Doğma yurdumuz Azərbaycan tarix boyu çox müharibələr görüb. Bu torpağın övladları Makedoniyalı İsgəndərin, ərəb xəlifələrinin, Çingiz xanın, Teymurləngin, İran, Bizans hakimlərinin, rus çarlarının istilaçı qoşunları ilə üz-üzə gəlmiş, ölüm-dirim savaşında Azərbaycanın varlığını qoruyub saxlamışlar.

    Vətənimizdə qonaq edib, yaşamaq üçün torpaqlarımızın ən gözəl yerlərini verdiyimiz ermənilər azərbaycanlılara qarşı apardıqları məkrli müharibənin birinin yaralarının üstü qaysaqlanmamış, üstünü tarixin qatı örtməmiş yurdumuzda yeni bir müharibənin toxumunu səpdilər. Düz bir əsrdir ki, vətənimizin başından qan-qada əksik olmur. Şəhidlərsiz dincəlməyib torpaqlarımız. Eyni açılmayıb, ürəyi doyunca gülməyib millətimizin.
    7 Dekabr 2010 | Oxundu: 121 | Davami
    Mart faciələrindən 15-il ötür
    1990-cı ildən başlayaraq Azərbaycanda daxili - siyasi vəziyyət pozulmuşdu. Azərbaycan Ermənistanın təcavüzünün qarşısını almağa çalışırdı. Yaranmış vəziyətdən istifadə edən bəzi cinayətkar qruplar, dəstələr və bəzi siyasi partiyalar hakimiyyət uğrunda mübarizəyə başlamışdılar. Belə bir şəraitdə erməni təcavüzünün qarşısını almaq çətinləşir və Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi üçün şərait yaranırdı. Dəstələr siyasi partiyalar arasında baş verən çəkişmələr, didişmələr və siyasi mübarizə Ermənistanla sərhədlərin qorunmasının, Azərbaycan torpaqlarının işğalının qarşısının alınmasını, dövlətin müstəqilliyinin müdafiə olunmasını çətinləşdirirdi. Bu çəkişmələrin, hakimiyyət uğrunda mübarizənin nəticəsi olaraq 1993-cü ildə Azərbaycan parçalanmaq təhlükəsi qarşısında qaldı. Xalq vətəndaş müharibəsinə sürükləndi, qan töküldü.
    Qarabağa və digər münaqişə ocaqlarında erməni təcavüzkarlarına qarşı mübarizə getdiyi bir dövrdə, Azərbaycan Silahlı Qüvvələrinin müharibə zonasından geri çağırılaraq siyasi mübahisələrə cəlb olunması Ermənistan silahlı qüvvələrinin Azərbaycanın torpaqlarını işğal etməsinə geniş şərait yaratdı.
    7 Dekabr 2010 | Oxundu: 105 | Davami
     
    1 ... 4 5 6 7 8 9 10 11 12 13
     
    Görüşlər

    Qəhrəmanlar və onların ailələri ilə keçirilən görüşlər
    Video
    "Milli Qəhrəmanlar" qəzeti
    Kitablar
    Qətnamə
    Saytda axtar
    © 2010 Deniz-Design STUDIO