Yüklənir...biraz gözləyin







Ana səhifə Haqqımızda Qonaq kitabı Tədbirlər Müsahibələr Əlaqə Baş redaktordan
Menyu
Milli Qəhrəmanlar
Şəhidlər
Əsir, İtgin ve Girovlar
Erməni terrorizmi və vandalizmi
İşğal olmuş rayonlar
Kitablar
Məqalələr
  • Qalereya
    » Foto
    » Audio
    » Video
  • Sorğu
    Milli Qəhrəmanlar muzeyinin yaradılmasına ehtiyac varmı?

    Bəli
    Xeyr
    Xocalı

    XOCALI SOYQIRIMI
    Keçidlər
    Sayğaclar



    free counters
    Abbasov Mehdi Yusif oğlu
    Abbasov Mehdi Yusif oğlu
    1960-cı il yanvar ayının 1-də Qərbi Azərbaycanın Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. 1966-cı ildə Yeniyol kənd orta məktəbinə getmiş, 1976-cı ildə həmin məktəbi bitirmişdir. 1977-ci ildə Mehdinin ailəsi erməni təziqinə məruz qalaraq, Qazaxıstan Respublikasının Tülkübas rayonunun Kulan kəndinə köçmüşlər. Mehdi 1980-ci ildə Çimkənd Pedoqoji İnstitutunun hazırlıq şöbəsinə daha sonra, Karaqanda Pedoqoji İnstitutuna daxil olur.
    11 Fevral 2011 | Oxundu: 470 | Davami
    Abdullayev Şövqiyar Cəmil oğlu
    Abdullayev Şövqiyar Cəmil oğlu
    5 aprel 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirmiş, Azərbaycan Dövlət Politexnik İnstituna (indiki Texniki Universitet) daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra isə ordu sıralarına çağrılır.
    11 Fevral 2011 | Oxundu: 246 | Davami
    Abdullayev Rövşən Əbdülhüseyn oğlu
    Abdullayev Rövşən Əbdülhüseyn oğlu
    1969-cu il yanvar ayının 16-da Lerik rayonunda doğulmuşdur. Məktəbi burada başa vurduqdan sonra ailəsi ilə birlikdə Lənkərana köçmüşdür. Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə leytenant rütbəsi ilə bitirir və onun təyinatını Rostov şəhər DİŞ-nə verirlər.
    11 Fevral 2011 | Oxundu: 274 | Davami
    Ağayev Fərhad İslam oğlu
    Ağayev Fərhad İslam oğlu
    4 avqust 1975-ci ildə Sabirabad rayonunun Ələmbəyli kəndində anadan olmuşdur. 1992-ci ildə Ələmbəyli kənd məktəbini bitirmişdir. 1993-cü ildə Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Fərhad Prezident Qvardiyasında xidmətə başlayır. O, 1994-cü il 24 yanvar-da cəbhəyə yola düşür.
    11 Fevral 2011 | Oxundu: 214 | Davami
    Aznaurov İsgəndər Söhrab oğlu
     Aznaurov İsgəndər Söhrab oğlu
    16 avqust 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayətində dünyaya gəlmişdir. 1963-cü ildə burada məktəbə getmiş 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuşdur. 1983-cü ildə ali təhsilini başa vurur. İsgəndər bir müddət sonra 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür.
    11 Fevral 2011 | Oxundu: 221 | Davami
    Abdullayev Maşallah Babakişi oğlu
    Abdullayev Maşallah Babakişi oğlu
    27 may 1950 -ci ildə Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Səkkizillik təhsilini doğma kəndlərində almış, sonra təhsilini fəhlə gənclər məktəbində davam etdirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır. 1971-ci ildə Kerç şəhərindən ordudan tərxis olunaraq Bakıya gəlir və Neft Daşlarında işə başlayır.
    11 Fevral 2011 | Oxundu: 217 | Davami
    Abdullayev Namiq Vahid oğlu
    Abdullayev Namiq Vahid oğlu
    10-may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1991-ci ildə Avşar kənd orta məktəbini bitirir. 1992-ci ilin dekabırında cəbhəyə yola düşür. 1993-cü il fevralın 9-da erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər, düşmənin güclü hərbi texnikası qarşısında bu kiçik dəstəmiz tab gətirə bilməzdi.
    11 Fevral 2011 | Oxundu: 264 | Davami
    Ağayev Bəylər Tapdıq oğlu
    Ağayev Bəylər Tapdıq oğlu
    3 fevral 1969-cu il Qubadlı rayonunun Qarağaclı kəndində doğulmuşdur. 1985-ci ildə Qaracallı kənd orta məktəbini bitirmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmışdır. O hərbi xidmətini 1989-cu ildə Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olur.
    11 Fevral 2011 | Oxundu: 194 | Davami
    Ağayev Eldar Əsgər oğlu
    Ağayev Eldar Əsgər oğlu
    29 sentyabr 1955-ci ildə Tbilisi şəhərində hərbiçi ailəsində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakıya köçmüşdür. İlk təhsilini Bakı şəhəri 20 saylı orta məktəbində almış, sonra isə 134 saylı orta məktəbdə bitirmişdir. 1972-ci ildə Bakı Ali Ümumuqoşun Komandirlər Məktəbinə daxil olmuşdur. 1976-cı ildə təhsilini başa vuraraq, motoatıcı ixtisası ilə Kalininqrad vilayətinin Qusev şəhərində hərbi xidmətə başlamışdır.
    11 Fevral 2011 | Oxundu: 313 | Davami
    Ağayev Faiq Alış oğlu
    Ağayev Faiq Alış oğlu
    1969-cu il iyun ayının 6-da Ağdam rayonunun Papravənd kəndində doğulmuşdur. 1986-cı ildə Papravənd kənd orta məktəbini bitirmişdir. 1989-cu ildə keçmiş Sovet ordusu sıralarında layiqli xidmətini başa vuraraq vətənə qayıdır.
    11 Fevral 2011 | Oxundu: 233 | Davami
     
    1 2 3 4 5 6 7 8 9 10 ... 21
     
    Görüşlər

    Qəhrəmanlar və onların ailələri ilə keçirilən görüşlər
    Video
    "Milli Qəhrəmanlar" qəzeti
    Kitablar
    Qətnamə
    Saytda axtar
    © 2010 Deniz-Design STUDIO