Yüklənir...biraz gözləyin







Ana səhifə Haqqımızda Qonaq kitabı Tədbirlər Müsahibələr Əlaqə Baş redaktordan
Menyu
Milli Qəhrəmanlar
Şəhidlər
Əsir, İtgin ve Girovlar
Erməni terrorizmi və vandalizmi
İşğal olmuş rayonlar
Kitablar
Məqalələr
  • Qalereya
    » Foto
    » Audio
    » Video
  • Sorğu
    Milli Qəhrəmanlar muzeyinin yaradılmasına ehtiyac varmı?

    Bəli
    Xeyr
    Xocalı

    XOCALI SOYQIRIMI
    Keçidlər
    Sayğaclar



    free counters
    İbrahimov Rasim Səxavət oğlu
    İbrahimov Rasim Səxavət oğlu
    18 aprel 1962-ci ildə Bakı şəhəri Əzizbəyov rayonunda anadan olmuşdur. Səkkizinci sinfə qədər 131 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil olur. 1983-cü ildə ali təhsilini başa vuraraq, Almaniyaya hərbi qulluğa göndərilir. Motoatıcı taqım komandir müavini kimi xidmətə başlayır.
    25 Yanvar 2011 | Oxundu: 166 | Davami
    İsgəndərov Əlabbas Qara oğlu
    İsgəndərov Əlabbas Qara oğlu
    25 iyul 1958-ci ildə Ağdam rayonunun Kürdlər kəndində doğulmuşdur. Orta məktəbi doğulduğu kənddə bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra isə kəndlərinə qayıdaraq təsərrüfatla məşğul olur. Zəhmətkeş olduğuna görə onu İcra kollektivinə başçı seçirlər.
    25 Yanvar 2011 | Oxundu: 185 | Davami
    İsgəndərov Famil İsgəndər oğlu
    İsgəndərov Famil İsgəndər oğlu
    15 may 1975-ci ildə Bakı şəhərində doğulmuşdur. 1991-ci ildə 157 saylı orta məktəbi bitirmişdir. 1993-cü ildə Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmış, Ağdərə və Tərtər bölgələrində gedən qanlı döyüşlərdə iştirak etmişdir. Murovdağın geri qaytarılması zamanı ayağından yaralanmışdır. 1995-ci ilin martında dövlət çevirilişinə cəhdin qarşısını alan dəstənin tərkibində igidlik göstərib.
    25 Yanvar 2011 | Oxundu: 242 | Davami
    İsgəndərov Eltun Xaləddin oğlu
    İsgəndərov Eltun Xaləddin oğlu
    21 oktyabr 1990-cı ildə Samux rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. O, 1997-98-ci tədris ilində Əhmədbəyli kənd orta məktəbinin birinci sinfinə getmişdir. Eltun İsgəndərov 2007-2008-ci tədris ilində orta təhsilini başa vurmuşdur.
    25 Yanvar 2011 | Oxundu: 394 | Davami
    İsmayılov Etibar Bəylər oğlu
    İsmayılov Etibar Bəylər oğlu
    29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmiş və çilingər kimi əmək fəaliyyətinə başlayaraq torpaqlarımızın müdafiəsinədə fəal iştirak edərək igidlik göstərmiş və Ağdamdakı özünümüdafiə batalyonuna daxil olmuşdur.
    25 Yanvar 2011 | Oxundu: 147 | Davami
    İsmayılov İlqar Sədi oğlu
    İsmayılov İlqar Sədi oğlu
    29 mart 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur .Orta təhsilini Nərimanov rayonundakı 45 saylı orta məktəbdə bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstituna daxil olmuşdur. 1981-ci ildə institutu bitirmiş, həmin il həqiqi hərbi xidməti Bakı Ordu İdman Klubunda yerinə yetirmişdir. 1986-cı ilə qədər " Dinamo" İdman Klubunda məşqçi işləmiş, sonralar leytenant rütbəsi ilə DİN -nin Sabunçu rayon Daxili İşlər Şöbəsində əməliyyat müvəkkili vəzifəsinə çalışmışdır. 1991-ci ilin dekabırından başlayaraq döyüş bölgələrində ezam olunmuşdur.
    25 Yanvar 2011 | Oxundu: 251 | Davami
    İsmayılov İnqilab Ələkbər oğlu
    İsmayılov İnqilab Ələkbər oğlu
    24 fevral 1962-ci ildə Xocalıda anadan olub. 1979-cu ildə orta məktəbi bitirib. 1981-ci ildə ordu sıralarına çağırılmış və daxili qoşunlarda xidmətə başlamışdır. Hərbi xidmətdə olduğu vaxtda Xarkov şəhərində gizirlik məktəbini bitirmişdir. O, 1984-cü ildə Xocalıya qayıdır. 1988-cı ildən Dağlıq Qarabağda vəziyyət gərgin olanda İ.İsamyılov da torpaqların müdafiəsinə qalxır. 1990-cı ildə Xocalı Polis Şöbəsində işə düzəlir.
    24 Yanvar 2011 | Oxundu: 162 | Davami
    Karlov Yevgeni Nikolayeviç
    Karlov Yevgeni Nikolayeviç
    1960-cı il may ayının 31-də Tula vilayətinin Dubovka qəsəbəsində anadan olmuşdur. Orta təhsilini doğma yurdunda almışdır. 1 avqust 1977-ci ildə Uzlov rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılır. 1984-cü ildə Sızran Ali Hərbi Təyyarəçilər Məktəbini başa vurur və təlimatçı-təyyarəçi kimi çalışmağa başlayır.
    24 Yanvar 2011 | Oxundu: 159 | Davami
    Kərimov Bəşir Bəylər oğlu
    Kərimov Bəşir Bəylər oğlu
    2 fevral 1976-cı ildə Füzuli rayonunun Qacar kəndində dünyaya göz açmışdır. 1991-ci ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirərək, Füzuli peşə məktəbində təhsilini davam etdirmişdi. 1993-cü il aprel ayında Qacar kəndində erməni yaraqlılarına qarşı igidliklə vuruşur. Qacar kəndi işğal olunduqdan sonra, ailəsi ilə birlikdə Dilağarda kəndində məskunlaşır.
    24 Yanvar 2011 | Oxundu: 155 | Davami
    Kərimov Elgiz Kərim oğlu
    Kərimov Elgiz Kərim oğlu
    1971-ci ildə yanvarın 5-də Bərdə rayonunda olmuşdur. 1987-ci ildə orta təhsilini başa vurmuş, həmin ildə hərbi xidmətə çağırılmışdır. Əsgəri borcunu yerinə yetirdikdən sonra doğma yurduna qayıtmışdır.
    24 Yanvar 2011 | Oxundu: 213 | Davami
     
    1 ... 6 7 8 9 10 11 12 13 14 ... 21
     
    Görüşlər

    Qəhrəmanlar və onların ailələri ilə keçirilən görüşlər
    Video
    "Milli Qəhrəmanlar" qəzeti
    Kitablar
    Qətnamə
    Saytda axtar
    © 2010 Deniz-Design STUDIO