Yüklənir...biraz gözləyin







Ana səhifə Haqqımızda Qonaq kitabı Tədbirlər Müsahibələr Əlaqə Baş redaktordan
Menyu
Milli Qəhrəmanlar
Şəhidlər
Əsir, İtgin ve Girovlar
Erməni terrorizmi və vandalizmi
İşğal olmuş rayonlar
Kitablar
Məqalələr
  • Qalereya
    » Foto
    » Audio
    » Video
  • Sorğu
    Milli Qəhrəmanlar muzeyinin yaradılmasına ehtiyac varmı?

    Bəli
    Xeyr
    Xocalı

    XOCALI SOYQIRIMI
    Keçidlər
    Sayğaclar



    free counters
    Allahverdiyev Bəxtiyar Əzizulla oğlu
    Allahverdiyev Bəxtiyar Əzizulla oğlu
    10 iyun 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə 199 saylı orta məktəbi bitirmiş, 1992-ci ilin avqustunda Milli Ordu sıralarına çağırılmışdır. 776 saylı hərbi hissədə əsgəri xidmətə başlayır. Həmin ilin oktyabrında cəbhəyə yollanır. Əvvəlcə Qubadlı bölgəsinə, sonra Füzuli, Murovdağ əməliyyatlarında qəhrəmanlıq nümayiş etdirir.
    11 Fevral 2011 | Oxundu: 329 | Davami
    Allahverdiyev Namiq Müslüm oğlu
     Allahverdiyev Namiq Müslüm oğlu
    5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1984-cü ildə 1-saylı orta məktrəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdür. 1988-ci illərdə erməni təcavüzkarları xalqımızı narahat etməyə başlamışdı buna dözməyən Namiq könüllü olaraq vətənin müdafiəsinə qalxdı.
    8 Fevral 2011 | Oxundu: 212 | Davami
    Aslanov Niyazi Şərəfxan oğlu
    Aslanov Niyazi Şərəfxan oğlu
    25 dekabr 1960-cı ildə Goranboy rayonun Tap-Qaraqoyunlu kəndində anadan olmuşdur. Orta məktəbini burada btirdikdən sonra, 1979-81-ci illərdə Rusianın Altay vilayətində hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra doğma kəndinə qayıdan Niyazi təhsilini Ağdam Kənd Təsərrüfatı Texnikumunda davam etdirir.
    8 Fevral 2011 | Oxundu: 186 | Davami
    Aslanov Şikar Davud oğlu
    Aslanov Şikar Davud oğlu
    1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur. 1977-ci lidə Süleymanlı kənd orta məktəbinin birinci sinifinə gedir və 1987-ci ildə həmən məktəbi bitirir. 1988-ci ildə Sovet ordusuna hərbi xidmətə çağırılır. 1990-cı ildə doğma vətənə dönərək DİN-in Cəbrayıl rayon post patrul şöbəsinə qəbul olunur.
    8 Fevral 2011 | Oxundu: 200 | Davami
    Atakişiyev Aslan Qabil oğlu
    Atakişiyev Aslan Qabil oğlu
    1953-cü il avqustun 16-da Qubadlı rayonunun Muradxanlı kəndində anadan olmuşdur. 1960-cı ildə burada birinci sinfə getmiş 1970-ci ildə məktəbi bitirmişdir. 1972-74 cü ilərdə hərbi xidmətdə olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Qubadlı rayonunun Muradxanlı kənd orta məktəbində müəllimliyə başlamışdır.
    8 Fevral 2011 | Oxundu: 173 | Davami
    Atakişiyev İntiqam Vahid oğlu
    Atakişiyev İntiqam Vahid oğlu
    7 aprel 1974-cü ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olmuşdur. 1991-ci ildə Tüntül kənd orta məktəbini bitirir və 1992-ci ildə Milli Ordu sıralarına çağırılır. Xidmət etdikdən sonra onun yüksək əsgəri keyfiyyətini nəzərə alaraq Türkiyəyə hərbi zabitlər kursuna göndərirlər. O, Ağdam, Tərtər və Qubadlı rayonlarında gedən döyüşlərdə igidlik göstərmişdir.
    8 Fevral 2011 | Oxundu: 244 | Davami
    Axundov Səfa Fətulla oğlu
    Axundov Səfa Fətulla oğlu
    19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. 1965-ci ildə Saatlı rayonunda orta məktəbə getmiş və atasının xidməti işi ilə əlaqədar əvvəl Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmiş, sonra orta təhsilini 1975-ci ildə Qubadlı rayonunda başa vurmuşdur. Səfa təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir.
    8 Fevral 2011 | Oxundu: 157 | Davami
    Alıcanov Rafiq Cəfər oğlu
    Alıcanov Rafiq Cəfər oğlu
    11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Ailələri Ağstafa rayonunun Köçvəlli kəndinə köçdüklərindən, Rafiq səkkizinci sinifə kimi bu kənddə təhsil alır. O, Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə işə başlayır.
    8 Fevral 2011 | Oxundu: 167 | Davami
    Aqarunov Albert Aqarunoviç
    Aqarunov Albert Aqarunoviç
    25 aprel 1969-cu il Bakı Şəhərində anadan olmuşdur. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnir. 1987-ci ildə hərbi xidmətə çağrılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. 1989-cu ildə ordudan tərxis olub vətənə qayıdır.
    8 Fevral 2011 | Oxundu: 326 | Davami
    Babayev Əjdər Xaliqverdi oğlu
    Babayev Əjdər Xaliqverdi oğlu
    1950-ci il avqustun 26-da Qazax rayonunun Mollacəfər kəndində anadan olmuşdur. Sonradan onun ailəsi Ağstafa rayonunun Xətai kəndinə köçmüşdür. 1958-ci ildə burada məktəbə gedir və 1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır sonra isə ordudan tərxis olunan Əjdər Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir.
    8 Fevral 2011 | Oxundu: 158 | Davami
     
    1 2 3 4 5 6 7 8 9 10 ... 21
     
    Görüşlər

    Qəhrəmanlar və onların ailələri ilə keçirilən görüşlər
    Video
    "Milli Qəhrəmanlar" qəzeti
    Kitablar
    Qətnamə
    Saytda axtar
    © 2010 Deniz-Design STUDIO