Yüklənir...biraz gözləyin







Ana səhifə Haqqımızda Qonaq kitabı Tədbirlər Müsahibələr Əlaqə Baş redaktordan
Menyu
Milli Qəhrəmanlar
Şəhidlər
Əsir, İtgin ve Girovlar
Erməni terrorizmi və vandalizmi
İşğal olmuş rayonlar
Kitablar
Məqalələr
  • Qalereya
    » Foto
    » Audio
    » Video
  • Sorğu
    Milli Qəhrəmanlar muzeyinin yaradılmasına ehtiyac varmı?

    Bəli
    Xeyr
    Xocalı

    XOCALI SOYQIRIMI
    Keçidlər
    Sayğaclar



    free counters
    Teymurov Rizvan Rəhman oğlu
    Teymurov Rizvan Rəhman oğlu
    16 aprel 1967-ci ildə Şuşa rayonunun Quşçular kəndində ziyalı ailədə anadan olmuşdur. 1984-cü ildə doğma kəndlərində orta məktəbi bitirərək, 1985-ci ildə ordu sıralarına çağırılmışdır. Əsgəri xidmətini Omsk şəhərində başa vurduqdan sonra vətənə qayıdır. 1987-ci ildə Rusiyanın Arxangelsk vilayətinə gedir. 1990-cı ildə yenidən vətənə qayıdır və Şuşa rayon DİŞ-nin Xüsusi Təyinatlı Polis Dəstəsi yarananda onlardan biri də R. Teymurov olur.
    5 Noyabr 2010 | Oxundu: 195 | Davami
    Tağıyev Şahin Talıb oğlu
    Tağıyev Şahin Talıb oğlu
    3 fevral 1949-cu ildə Tərtər rayonunda anadan olmuşdur. İlk təhsilini 1956-cı ildə Bakının Bülbülə qəsəbəsində 208 saylı orta məktəbdə almış, 12 saylı internat məktəbində isə təhsilini başa vurmuşdu. 1969-cu ildə Bakı Energetika Texnikumunu bitirmişdir. Hərbi xidmətini Novosibirskdə keçmiş, burada zabitlik kursunu bitirmişdir. Raket - artilleriya qoşun hissələrində xidmət etmişdir. Ordudan tərxis olunaraq, Bakı Mayesiz Transformatorlar Zavodunda işləmişdir. 1992-ci ildə yenicə yaradılmış "Qurtuluş" batalyonunun tərkibinə qatılır.
    5 Noyabr 2010 | Oxundu: 180 | Davami
    Tağızadə Eldar Abdulla oğlu
    Tağızadə Eldar Abdulla oğlu
    1963-cü il 6 sentyabrda Bakı şəhərində ziyalı ailədə anadan olmuşdur. 1970-80-cı illərdə Nəsimi rayonunda, 164 saylı orta məktəbdə təhsil almışdır. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olmuş, 1985-ci ildə biologiya fakültəsini fərqlənmə ilə bitrmişdir. Elmlər Akademiyasının Botanika İnstitutunda çalışarkən, Səbail rayon DİŞ-nin cinayət axtarış şöbəsi ilə əməkdaşlıq edirdi. 1988-ci ildə DİŞ-ə işə qəbul edilir, 1989-cu ildə Sverdlovsk şəhərində cinayət axtarışı üzrə ali ixtisasartırma kursu keçdi. DİN-nin millətlərarası münasibətlər şöbəsində daha məhsul vəzifəyə irəli çəkilir və ona 1991-ci ildə kapitan rütbəsi verilir.
    5 Noyabr 2010 | Oxundu: 231 | Davami
    Yusifov Zakir Tofiq oğlu
    Yusifov Zakir Tofiq oğlu
    29 sentyabr 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə 194 saylı orta məktəbi bitirmiş, Sasovski adına Mülki Təyyarəçilik məktəbinə daxil olmuşdur. 1977-ci ildə təhsilini başa vuraraq, Yevlax aviadəstəsində fəaliyyətə başlamışdır. An-2 təyyarəsinin komandiri, eskadriliya komandirinin müavini, eskadriliya komandiri, uçuşun təşkili və təminetmə müfəttişliyinin təyyarəçi-müfəttişi vəzifələrində çalışsa da, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur.
    5 Noyabr 2010 | Oxundu: 261 | Davami
    Zülfüqarov Samir Xəlil oğlu
    Zülfüqarov Samir Xəlil oğlu
    3 iyul 1976-cı ildə Dəvəçi rayonunun Ağbaş kəndində anadan olmuşdur. Səkkizillik təhsilini doğma kəndlərində almış, 1994-cü ildə Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. O, Yaşma qəsəbəsində yerləşən hərbi hissələrin birində xidmət etmişdir. Hərbi xidmətini şərəflə yerinə yetirirdi. Nümunəvi əsgər olduğunu nəzərə alaraq ona qısamüddətli məzuniyyət vermişdilər. Həmin vaxt respublikada vəziyyət yenidən gərginləşmişdir. Bir qrup cinayətkar ünsürlərdən ibarət silahlı dəstə hakimyyəti ələ keçirmək üçün dövlət çevrilişi etmək istəyirdi.
    5 Noyabr 2010 | Oxundu: 191 | Davami
    Zülfüqarov Elxan Qaçay oğlu
    Zülfüqarov Elxan Qaçay oğlu
    29 iyun 1954-cü ildə Füzuli rayonunun Hoğa (Üçbulaq) kəndində anadan olmuşdur. Səkkizillik təhsilini 1969-cu ildə 1 saylı orta məktəbdə almış, 1 saylı Yevlax şəhərində orta məktəbi bitirmişdir. 1971-ci ildə Mingəçevir Politexnik Texnikumuna daxil olmuşdur. 1972-ci ildə hərbi xidmətə çağırılmış, 1974-cü ildə hərbi xidmətini Ukrayna Respublikasında başa vurmuş, yarımçıq qalmış təhsilini davam etdirmişdir. 1975-ci ildə Novosibirsk şəhər Milis Şöbəsinə təyinat alaraq, burada milis baş leytenantı rütbəsinə qədər yüksəlmişdir. 1988-ci ildə Qarabağ hadisəsi ilə əlaqədar olaraq vətənə qayıdır.
    5 Noyabr 2010 | Oxundu: 234 | Davami
     
    1 ... 12 13 14 15 16 17 18 19 20 21
     
    Görüşlər

    Qəhrəmanlar və onların ailələri ilə keçirilən görüşlər
    Video
    "Milli Qəhrəmanlar" qəzeti
    Kitablar
    Qətnamə
    Saytda axtar
    © 2010 Deniz-Design STUDIO