Yüklənir...biraz gözləyin







Ana səhifə Haqqımızda Qonaq kitabı Tədbirlər Müsahibələr Əlaqə Baş redaktordan
Menyu
Milli Qəhrəmanlar
Şəhidlər
Əsir, İtgin ve Girovlar
Erməni terrorizmi və vandalizmi
İşğal olmuş rayonlar
Kitablar
Məqalələr
  • Qalereya
    » Foto
    » Audio
    » Video
  • Sorğu
    Milli Qəhrəmanlar muzeyinin yaradılmasına ehtiyac varmı?

    Bəli
    Xeyr
    Xocalı

    XOCALI SOYQIRIMI
    Keçidlər
    Sayğaclar



    free counters
    Hüseynov Rövşən Şəmil oğlu
    Hüseynov Rövşən Şəmil oğlu
    22 fevral 1967-ci ildə Ağdam rayonun Quzanlı kəndində doğulmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Ağdam rayon mədəniyyət evində çalışmışdır. 1985-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakultəsinə daxil olmuş, 1985-87-ci illərdə ordu sıralarına xidmət etmişdir.
    25 Yanvar 2011 | Oxundu: 149 | Davami
    Hüseynov Sadıq Dayandur oğlu
    Hüseynov Sadıq Dayandur oğlu
    29 iyul 1961-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuşdur. 1968-ci ildə burada birinci sinfə getmiş, 1978-ci ildə orta məktəbi bitirmişdir. 1980-ci ildə Xankəndi Pedoqoji İnstitutunun İbtidai Metodtika fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. 1987-ci ildə institutu bitirərək doğma kəndlərinə qayıtmışdır.
    25 Yanvar 2011 | Oxundu: 171 | Davami
    Hüseynov Tofiq Mirsiyab oğlu
      Hüseynov Tofiq Mirsiyab oğlu
    19 aprel 1954 -cü ildə Xocalı şəhərində doğulmuşdur. 1961-ci ildə burada birinci sinfə getmiş və 1971-ci ildə məktəbi bitirmişdir. Sonra Ağdam şəhərindəki Kənd Təsərrüfatı Texnikumunun mexanizasiya fakültəsini bitirdikdən sonra, 1974-cü ildə hərbi xidməti Qazaxıstan Respublikasının Alma - Ata şəhərində başa vurmuşdu.
    25 Yanvar 2011 | Oxundu: 162 | Davami
    Hüseynov Şahlar İsa oğlu
    Hüseynov Şahlar İsa oğlu
    26 noyabr 1968-ci ildə Qərbi Azərbaycanın Razdan rayonunun Hankavan kəndində anadan olmuşdur. 1985-ci ildə doğma kəndlərində orta təhsilini rus dilində başa vurmuş və peşə məktəbinə daxil olaraq, sürücülük ixtisasına yiyələnmişdir. 1986-88-ci illərdə keçmiş Sovet Ordusunda hərbi xidmətdə olmuşdur.
    25 Yanvar 2011 | Oxundu: 191 | Davami
    Xasıyev Samir Zirəddin oğlu
    Xasıyev Samir Zirəddin oğlu
    20 aprel 1973-cü ildə Bakı şəhərində doğulmuşdur. 1980-cı ildə Bakının Nərimanov rayonundakı 82 saylı orta məktəbin birinci sinfinə getmişdir. 1988-ci ildə ailəsi Gəncə şəhərinə köçdüyü üçün, orta təhsilini 14 saylı beynəlmiləl orta məktəbdə tamamlamışdır. O, məktəbi bitirib Bakıya qayıdır. 1991-ci il Bakı Dövlət Universitetinin tarix fakultəsinin axşam şöbəsinə daxil olur.
    25 Yanvar 2011 | Oxundu: 262 | Davami
    Xəlilov Eldar Xəlil oğlu
    Xəlilov Eldar Xəlil oğlu
    19 avqust 1976-cı ildə Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində dünyaya göz açmışdır. 6-cı sinfə qədər təhsilini doğma kəndlərində almışdır. 1988-ci ildə yüz minlərlə soydaşımız kimi öz dədə-baba torpaqlarından zorla qovulan Eldarın aıləsi Bakı şəhərinə gəlmiş və Bakıxanov qəsəbəsində məskunlaşmişlar. Eıdar təhsilini Bakı şəhərinin 96 və 252 saylı orta məktəblərində almışdır.
    25 Yanvar 2011 | Oxundu: 213 | Davami
    Xəlilbəyli Təbriz Xəlil Rza oğlu
    Xəlilbəyli Təbriz Xəlil Rza oğlu
    1964-cü il 12 fevralda Bakı şəhərində dünyaya göz açmışdır. 1981-ci ldə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmişdi. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. Təhsilini qiyabi davam etdirərək, həm də C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işıqçı işləyir.
    25 Yanvar 2011 | Oxundu: 332 | Davami
    İbrahimov Mübariz Ağakərim oğlu
    İbrahimov Mübariz Ağakərim oğlu
    1988 ci il fevralın 7 də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib. Elə həmin il hərbi xidmətə cağrılıb. Xidmətinə (DQ) Daxili Qoşunların N saylı hərbi hissəsinin (XTB) Xüsusi Təyinatlı Bölüyündə başlamışdır.
    25 Yanvar 2011 | Oxundu: 367 | Davami
    İbrahimov Mirələkbər Mirələsgər oğlu
    İbrahimov Mirələkbər Mirələsgər oğlu
    30 sentyabr 1961-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində ziyalı ailəsində doğulmuşdur. İlk təhsilini doğma kəndlərində alan Mirələkbər, təhsilini Bakı şəhərin 158 saylı orta məktəbdə davam etdirib. 1980-ci ildə hərbi xidməti başa vurub, Azərbaycan Dövlət Pedoqoji Universitetinin idman və hərbi hazırlıq fakültəsinə daxil olur. Bir müddət 153 saylı orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.
    25 Yanvar 2011 | Oxundu: 308 | Davami
    İbrahimov Nurəddin İslam oğlu
    İbrahimov Nurəddin İslam oğlu
    16 mart 1951-ci ildə Bakı şəhərinin Buzovna qəsəbəsində anadan olmuşdur. 1969-cu ildə 125 saylı orta məktəbi bitrmiş, 1970-ci ildə ordu sıralarına çağırılmışdır. 1978-ci ildə İrkutsk şəhər Daxili İşlər İdarəsinə işə qəbul olunur. 1981-ci ilin mayında SSRİ Daxili İşlər Nazirliyinin Xabarovsk şəhər Ali Milis Məktəbinə qəbul olur. 1982-ci ildə İrkutsk şəhərində inspektor vəzifəsinə təyin olunur.
    25 Yanvar 2011 | Oxundu: 142 | Davami
     
    1 ... 5 6 7 8 9 10 11 12 13 ... 21
     
    Görüşlər

    Qəhrəmanlar və onların ailələri ilə keçirilən görüşlər
    Video
    "Milli Qəhrəmanlar" qəzeti
    Kitablar
    Qətnamə
    Saytda axtar
    © 2010 Deniz-Design STUDIO