Yüklənir...biraz gözləyin







Ana səhifə Haqqımızda Qonaq kitabı Tədbirlər Müsahibələr Əlaqə Baş redaktordan
Menyu
Milli Qəhrəmanlar
Şəhidlər
Əsir, İtgin ve Girovlar
Erməni terrorizmi və vandalizmi
İşğal olmuş rayonlar
Kitablar
Məqalələr
  • Qalereya
    » Foto
    » Audio
    » Video
  • Sorğu
    Milli Qəhrəmanlar muzeyinin yaradılmasına ehtiyac varmı?

    Bəli
    Xeyr
    Xocalı

    XOCALI SOYQIRIMI
    Keçidlər
    Sayğaclar



    free counters
    Müsahibə Müsahibələr
    Müsahibə
    Biz Ermənistanın "milli qəhrəmanı" Kareni öldürərək məhv etdik…



    Qarabağ müharibəsi veteranı, 2-ci qrup Qarabağ əlili
    Azad Qurbanovun "Milli Qəhrəman" qəzetinə müsahibəsi.


    Qısa tanışlıq:
    Qurbanov Azad Fikrət oğlu 1973-cü il mart ayının 4-də Qubadlı rayonunun Qubadlı qəsəbəsində anadan olub. 1980-ci ildə Qubadlı qəsəbə 8 illik orta məktəbini bitirib. Sonra o, 1988-ci ildə Q.İlyasov adına orta məktəbə daxil olmuş 1990-cı ilədə həmən məktəbi bitirmişdir. 1990-1991-ci illər ərzində Füzuli rayonunun Qarğabazar kəndində sürücülük məktəbini oxuyub. 1991-ci il iyun ayının 10-da hərbi xidmətə yollanıb. Hərbi xidmətini Ukrainanın Krivoy-raq şəhərində keçib. 1991-ci ilin dekabr ayında Qarabağda baş verənlərə dözə bilməyib və vətənə qayıdaraq ordu sıralarına yazılıb


    Azad müəllim hansı rayonlarda döyüşdə olmusunuz ?
    1992- 1996-cı illərdə Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl, Ağdam, habelə Füzuli rayonunda gedən ağır döyüşlərdə iştirak etmişəm.
    O döyüşləri necə xatırlayırsız ?
    …"1992-ci ilin 19 fevralında Yazıdüzü istiqamətində gedən döyüşlərdə, 16 mart 1992-ci ildə Əliquluşağı körpüsü yaxınlığında erməni quldur dəstəsinin məhv edilməsində, 17 aprel 1992-ci ildə isə Əliquluşağı kəndi istiqamətində düşmənin hücumunun dəf edilməsində yaxından iştirak etmişəm. Bu döyüşlər son dərəcə ağır idi ermənilər bu döyüşlərdə ağır itkilər verdilər.
    Bu döyüşlər zamanı ən ağır və bu gün də unuda bilmədiyiniz döyüşünüz harada olub ?
    1992-ci il martın 16-da Əliquluşağı kəndi yaxınlığında Laləzar körpüsündə ermənilər pusu quraraq kəndə gedən sərnişin aftobusunu girov götürmək istədikləri zaman biz orada düşmənlərlə döyüşə girdik. Düşmənlərin bu çirkin niyyətləri baş tutmadı biz onları məhv etdik onların arasında Ermənistanın "milli qəhrəmanı" Kareni də var idi. Sonar biz onların meyitlərini Xocalıda ermənilər tərəfindən əsir götürülmüş 30 nəfər qadına və 15 nəfər meyitə dəyişdik.
    Sizin haqqınızda yazılmış rəsmi sənədlərdə görünür ki, siz döyüş zamanı düşmənin bir neçə zirehli texnikasını və döyüş vertolyotunu vuraraq məhv etmisiz. Bununla bağlı ətraflı nə deyə bilərsiz ?
    24 iyun1992-ci ildə ermənilərin 3 döyüş vertolyotu (2 M724, 1 Mi8m) və bir M;24 (krokodil) vertolyotunun zərərsizləşdirilməsində iştirak etmişəm. Mən onları özümün idarə etdiyim zirehli transportyorun KPVT və PKT pulemyotu ilə vurub yerə salmışam. Onlardan biri düşmənin işğal etdiyi əraziyə düşmüşdü. Qubadlı rayonu ərazisinə düşən iki vertolyotdan biri yandı. Digəri isə zədəsi kiçik olduğundan onu işlək vəziyyətə qənimət kimi ələ keçirdik. Sonra həmən vertolyot 25 iyun 1992-ci ildə Müdafiə Nazirliyinə təhvil verildi.

    Qurbanov Azad barəsində rəsmi sənəd və şahidlər belə yazır:
    Müsahibə
    Əliyev Razim Yusif oğlu 1991-1992-ci illərdə Qubadlı RİH-i başçısının müavini işləmişdir:
    Mən Qurbanov Azadı Qubadlı rayonunun erməni təcavüzündən müdafiəsində cəsurluq və igidlik göstərən döyüşçü kimi tanıyıram. Onun xidmətləri böyük olmuşdur. Azad Ermənistanın “milli qəhrəmanı” Karenin öldürülüb məhv edilməsində yaxından iştirak edib.
    Paşayev Sadıq Qambay oğlu döyüşçü, polkovnik-leytenant:
    Azad Qurbanov erməni ordu qüvvələrinin hücumlarının dəhv edilməsində fəallıq göstərmiş və döyüş yoldaşlarının böyük rəğbətini qazanmışdır. Azad düşmənin 3 döyüş vertolyotunu vuraraq zərərsizləşdirmişdir.
    Bayramov Arif Qafil oğlu döyüşçü:
    Qurbanov Azad Fikrət oğlu bütün döyüş əməliyyatlarında fəal iştirak etməklə, düşmənin canlı qüvvəsinin, döyüş texnikasının və hərbi vertolyotların vurulub məhv edilməsində xüsusi fədakarlıq göstərmişdir.
    Məmmədov İlham Nəriman oğlu döyüşçü, ehtiyatda olan mayor:
    Öz nizam-intizamı, bilik və bacarığı ilə fərqlənən Qurbanov Azad apardığı müdafiə döyüşlərində xüsusi fərqlənmişdir.
    O düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdir.
    Fətiyev Yaşar Qurban oğlu Qarabağ müharibə veteranı:
    Ermənilərin üç döyüş vertolyotları Əliquluşağı kəndi səmasında görünərkən sayıq hərbiçilərimiz hamısı müdafiəyə qalxmışlar. Döyüşçü Azad Qurbanov işlətdiyi zirehli transportyorun KPVT və PKT pulemyotları ilə üç erməni döyüş vertolyotlarını vurub yerə salmışdır. Həmin vertolyotlardan ikisi Respublika ərazisinə, biri isə Ermənistan ərazisinə düşmüşdür.
    Salmanov Vahid Əli oğlu döyüşçü, ehtiyyatda olan mayor:
    Qurbanov Azad Fikrət oğlu 21 yanvar 1992-ci ildən Qubadlı ərazi müdafiə Taborunun 810 №-li Əliquluşağı kəndində yerləşən bölüyündə xidmət edib. Xidmət dövründə Qurbanov Azad Fikrət oğlu bütün döyüş əməliyyatlarında fəal iştirak etməklə, düşmənin canlı qüvvəsinin döyüş texnikasını və hətta vertalyotlarının məhv edilməsində, konkret olaraq 19.02.1992-ci il, 16.03.1992-ci il, 17.04. 1992-ci il, 01.06. 1992ci il tarixlərində Ermənistanın ordu qüvvələrinin hücümlarının dəfv edilməsində və 24.06.1992-ci il tarixində Ermənistan ordusunun 3 ədəd vertalyotlarının məhv edilməsində xüsusi fədakarlıq və sözün əsl mənasında qhrəmanlıq göstərmişdir.
    Həsənov Möhtəbər Xürrəm oğlu Qarabağ müharibəsi veteranı, ehtiyatda olan Baş leytenant:
    Qurbanov Azad Fikrət oğlu 01.02.1992-ci il tarixindən Qubadlı Müdafiə Taborunun 810 №-li Əliquluşağı kəndində yerləşən 3 №-li bölüyündə zirehli transpartyor (BTR60PB) tuşlayıcı kimi xidmətə başlamışdır.
    Tabora gəldiyi gündən öz fədakarlığı, vətənpərvərliyi, qorxmazlığı ilə döyüş yoldaşlarının rəğbətini qazanmışdır. Azad Qurbanov 16.03.1992-ci ildə ermənilərin Əliquluşağı körpüsü istiqamətində hücumunun dəf edilməsində Qurbanov Azad böyük igidlik göstərərək hərbçilərimizin uğur qazanmasında fəallıq göstərmişdi. Xatirladıram ki, həmin döyüşdə Ermənistanın Milli Qəhrəmanı karen və əlavə iki döyüşçü məhv edilmişdir. Bundan əlavə Ermənistan ordusunun üç döyüş vertalyotunu vurmuşdur.
    Qubadlı RİH-i başçısının müavini A.Haxverdiyevin verdiyi №56-li 11 noyabr 2011-ci il tarixli arayışında Qurbanov Azad Fikrət oğlunun Ermənistanın 3 hərbi vertolyotunu vurduğu göstərilmişdir.

    Müsahibəni apardı:
    Şahmurad Abdullayev
    “Milli Qəhrəman” qəzeti
     
     
    13 Yanvar 2012 Oxundu: 95 | Çap et
    Görüşlər

    Qəhrəmanlar və onların ailələri ilə keçirilən görüşlər
    Video
    "Milli Qəhrəmanlar" qəzeti
    Kitablar
    Qətnamə
    Saytda axtar
    © 2010 Deniz-Design STUDIO