DataLife Engine > --- > Xocali faciəsi
Xocali faciəsi29 Sentyabr 2010. : Milli |
|
XOCALI FACİƏSİ İnsanlığın əleyhinə yönəlmiş ağrılı mənzərəsi belədir. Görün qan qoxuyan rəqəmlər nələr söyləyir: 613 nəfər öldürülmüş (onlardan 106 nəfəri qadın, 63 uşaq, 70 qoca), 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. 8 ailə son nəfərinədək öldürülmüş, 130 nəfər valideynlərdən birini, 25 nəfər isə hər ikisini itirmişdir. Onların yalnız 335 nəfərini dəfn etmək mümkün olmuşdur. Hücum əməliyyatlarına üçüncü batalyonun komandiri Yevgeni Nabokix rəhbərlik etmişdi. Bu işdə ona erməni millətindən olan zabitlər Seyran Ohanyan, Valeri Çitçiyan və başqaları kömək etmişlər. Rusiyanın hakim dairələri bu qanlı cinayətin izini itirmək məqsədilə 366-cı polkun əvvəlcə Tiflisə aparılmasına,sonra isə ləğv olunmasına nail olmuşlar.Onun silah arsenalı olan 4 zirehli transportyor, 70 PDM, 4 strela tipli raket qurğusu,8 top, 57 minomyot cinayətkaranə şəkildə erməni hərbi birləşmələrinə təhvil verilmişdir. Xocalı faciəsinə aparan yollar haradan başladı? Canlı şahidlərin yazdıqları: Vladimir Sovolyov o zamanlar Dağlıq Qarabağda yerləşən 02270 saylı hərbi hissənin əks-kəşfiyyat bölməsinin rəisi olub.O, Xocalı faciəsi haqqında ilk məlumatları gizli arayış şəklində BMT və Avropa Şurasına təqdim edib. İlk məlumat 26 noyabr 1992-ci ilə təsadüf edir. Sonra isə o, bu arayışı zabit Puqaçov soyadı ilə imzalayaraq Rusiyanın Baş Kəşfiyyat İdarəsinə göndərir: "Mən bütün bunları yazmaya bilmərəm. Hər şey mənim gözlərim qarşısında baş verdi. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu amansız və qanlı sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım məxfi arayışı həm Kremlə, həm də Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun dedim,biz rusların zabit şərəfi görün necə ləkələndi". 12 aprel 1992-ci ildə polkovnik Sovelyov Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Prezident aparatına 46 nəfər öldürülmüş azərbaycanlının nömrələnmiş sənədlərini göndərir.Müəllif yazır ki, o zaman mən Tiflisdə idim. Məktubu da oradan göndərmişdim. Cavab gəldi ki, sənədləri araşdırırıq. Başa düşə bilmədim, Azərbaycan hərbi kəşfiyyatı nəyi araşdırır? Kəşfiyyat rəisi yazırdı ki, bir gün ərzində 49 azərbaycanlını meydana yığıb öldürdülər. Dinc əhali köçürülərkən yenə 58 nəfəri qətlə yetirdilər. 1992-ci il fevralın 4-də Roma Papası II İohann Pavel Qarabağ özünümüdafiə dəstələrinin və rus qoşun birləşmələrinin komandanlığına məxfi bir məktub göndərir.Məktubda Papa bu millətlərarası münaqişəni dini savaş,etiqad müharibəsi kimi qiymətləndirir və deyir ki, əgər imkanım olsa Xocalıya gəlib ölən erməni qardaşlarımın qəbri qarşısında baş əyəcəm. General rütbəsi alan Yevgeni Zarviqarov 1992-ci il fevralın 24-ü axşam üstü saat 21.45-də zabitlər qarşısında çıxış edərək deyir: "Bu, torpaq uğrunda müharibə deyil, İslamın xristianlıq əleyhinə yürüşüdür.Dünya islam ölkələrinin nümayəndələri, hərbi müşavirləri Bakıya yığışaraq bizim xaçımızı sarsıtmaq,tapdamaq istəyirlər.Xristianlıq əleyhinə yürüş başlayıb.Bu yürüşdə ya biz öz dinimizi və şərəfimizi saxlamalı, ya da binamusluqla barışıb tabe olmalıyıq". Bu soyqırımdan sonra 24 nəfər rus zabiti və əsgəri mükafatlandırılmışdır. Məsələn, rus zabiti Yevgeni Qolubeyevə "Asala"nın rekvizitləri əks olunan 24 qram çəkili qızıl orden,sıravi Anastas İvanova 10 min dollar və "Hunday" avtomobilinin açarı təqdim olunmuşdur. Yuri Pompeyev özünün "Qarabağ qan içində" kitabında yazır: "Xocalı hadisələri Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi. Ermənilər bu qəddar terror aktı ilə öz vəhşiliyini bütün dünyaya bəyan etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin yatmış sakinlərinə vəhşicəsinə divan tutuldu.Xocalıda yalnız ölənlər qaldı". Faciə ilə əlaqədar erməni etiraflarını da vermək məqsədəuyğun olardı. Davud Xeyriyyanın "Xaç naminə" kitabından hissələr: Çəkmələrim və şalvarım qan içində idi. Və beləliklə,təxminən 1200-ə qədər meyidin yanından keçdim". 62-63-cü səhifələrdə yazır: "Mart ayının 2-də "Qaflan" adlı erməni qrupu (meyidlərin yandırılması ilə məşğul olan) alçaq monqollardan (türklər) təxminən 2000-ə qədər meyid yığdı və onları ayrı-ayrı yığımlarla Xocalıdan bir neçə kilometr qərbdə yandırdı.Sonuncu yük maşınında 10 yaşlarında boynundan və əlindən yaralanan bir qız uşağı mənim nəzərimi cəlb etdi. Diqqətlə baxanda onun asta-asta nəfəs aldığını gördüm.Şaxtaya, çılpaqlığına və aldığı yaraların çoxluğuna baxmayaraq, uşaq hələ də yaşayırdə. Mən heç zaman onun ölümlə mübarizə aparan gözlərini unutmayacağam. Sonra əsgərlərdən Tiqrqnyan familiyalı birisi onu qulağından tutaraq mazutlanmış leş yığınına tərəf sürüdü və daha sonra onları yandırdılar. Mən də kiminsə "kömək istəyirik" çığırdığını eşitdim. Daha yeriyə bilmirdim.Ancaq mən bütün müqəddəslər tərəfindən lənətlənmiş türklərdən Şuşanı azad etmək istəyitdim.Ona görə də qayıtdım.Onlar isə özlərinin "Xaç naminə" yürüşlərini davam etdirdilər" ("Xaç naminə",Davud Xeyriyyan,Beyrut-2000). Həmin il may ayının 17-də o vaxtkı Azərbaycan rəhbərliyinin səbatsızlığı nəticəsində dağlar qoynunda yerləşən Laçın rayonu işğal edildi. Xronoloji baxımdan hadisələrin təhlili göstərir ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonu, iyulunda Ağdam, avqustunda Cəbrayıl,Füzuli,qubadlı,oktyabrında Zəngilan rayonları erməni-rus hərbi birləşmələri tərəfindən işğal olundu. Ermənistanın hərbi təcavüzü nəticısində xalqımıza ağır maddi və mənəvi ziyan dəymiş, 30 mindən çox vətəndaşımız qətlə yetirilmiş, 10 minlərlə insan əlil olmuş, əsir düşmüş, minlərlə yaşayış məntəqəmiz,maddi sərvətlərimiz, mədəni irsimiz məhv edilmişdir. Ermənistan-Azərbaycan- Dağlıq Qarabağ münaqişəsi və müharibəsi nəticəsində ölkəmizə 22 milyard dollar həcmində maddi ziyan vurulmuşdur. 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra atılan əsas addım Azərbaycanın qarşısında duran ən ümdə, taleyüklü məsələnin həlli-ölkəmizə sqarşı erməni tıcavüzünün dəf edilməsi, işğal olunmuş torpaqların geri qaytarılması, ev-eşiyindən didərgin salınmış bir milyondan çox soydaşımızın el-obalarına dönməsi istiqamətində görülən tədbirlər oldu. 1994-cü ilin may ayında münaqişənin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan olundu. Mənasız olaraq qan axıdılmasına son qoyuldu, ordunun canlı qüvvəsinin sıradan çıxması dayandırıldı. Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində siyasi xəttin əsas məzmununu münaqişənin beynəlxalq normalara uyğun və dünya ictimaiyyətinin yaxından iştirakı ilə nizama salınması təşkil edir. Naim Vəliyev "Milli Qəhrəman" qəzeti Baş redaktorun I müavini |