Yüklənir...biraz gözləyin







Ana səhifə Haqqımızda Qonaq kitabı Tədbirlər Müsahibələr Əlaqə Baş redaktordan
Menyu
Milli Qəhrəmanlar
Şəhidlər
Əsir, İtgin ve Girovlar
Erməni terrorizmi və vandalizmi
İşğal olmuş rayonlar
Kitablar
Məqalələr
  • Qalereya
    » Foto
    » Audio
    » Video
  • Sorğu
    Milli Qəhrəmanlar muzeyinin yaradılmasına ehtiyac varmı?

    Bəli
    Xeyr
    Xocalı

    XOCALI SOYQIRIMI
    Keçidlər
    Sayğaclar



    free counters
    Qətnamə qetname
    BMT-nin Təhlükəsizlik Şurasının 12 noyabr 1993-cü il 884 saylı Qətnaməsi


    Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822, 25 iyul 1993-cü il tarixli 874, 14 oktyabr 1993-cü il tarixli 874 saylı Qəntnamələrini təsdiq edərək; ATƏT və Minsk qrupunun yorulmaz səyi çərçivəsində aparılan sülh danışıqlarını tam dəstəkləyərək; ATƏT-in fəaliyyətdə olan Sədrinin məktubunu və əlavələri nəzərə alaraq, Azərbaycan Respublikasında və onun ətrafında konfliktin və Azəpbaycan Respublikası və Ermənistan Respublikası arasında olan gərginliyin sülh və sabitliyə təhlükə yaratması; atəşkəsin pozulması, o cümlədən Zəngilan rayonu və Horadiz şəhərinin zəbt olunması ilə əlaqədar hərbi əməliyyatların gərginləşməsi ilə bağlı narahatlığını bildirərək; Azərbaycanın və regionda olan digər dövlətlərin suverenliyini, ərazi bütövlülüyünü, beynəlxalq sərhədlərin toxunulmamazlığının və ərizinin zəbt edilməsi üçün qüvvədən istifadə edilməsinin yol verilməməzliyini təsdiq edərək; Azərbaycanın cənub sərhədlərində yerləşən Zəngilan rayonu və Horadiz şəhərində fövqəladə humanitar vəziyyətin yaranması ilə əlaqədar öz ciddi narahatlığını bildirərək:
    1) Hərbi əməliyyatın başlanmasına səbəb olan tərəflərin atəşkəsin son pozulmasını, o cümlədən Zəngilan rayonu və Horadiz şəhərinin, zəbtini, mülki əhaliyə hücumu və Azərbaycan Respublikası ərazisinin ataşə tutulmasını pisləyir;
    2) Ermənistan hökümətini Azərbaycanın Dağlıq Qarabağ regionun ermənilərinə öz təsirindən istifadə edərək 822 (1993) və, 853 (1993) və 874 (1993) saylı Qətnamələrə riayət etməsinə və hərbi kampaniyalarıın davam etməməsi üçün vəsaitlərin verilməməsini təmin etməyə çağırır;
    3) ATƏT-in Minsk qrupunun 9 nəfərinin bəyanatını məmuniyyətlə qeyd edir və orada göstərilən atəşkəs haqqında birtərəfli bəyanatı yüksək qiymətləndirir;
    4) Maraqlı tərəflərdən hərbi əmələiyyat və düşmənçilik aktlarının həmən dayndırılmasını, birtərəfli olaraq Təhlükəsizlik Şurasının «822 (1993) və 853 (1993) Qətnamələrini həyata keçirilməsilə əlaqədar təxirə salınmaz tədbirlərin yeniləşmiş qrafikini» və Minsk qrupunun Vyana şəhərində keçirilən 2-8 noyabr 1993-cü ildə keçirilən iclasında qəbul olunmuş dəyişiklikləri nəzərə alaraq hərbi qüvvələrin Zəngilan rayonu və Horadiz şəhərindən və digər işğal olunmuş rayonlardan çıxarılmasını tələb edir;
    5) Maraqlı tərəfləri Rusiya Federasiyasının Minsk qrupuna dastək məqsəd ilə yardımı birbaşa kontakt nəticəsində əldə olunmuş atəşkəsə riayət etmələyə və onun daimiliyini və effektliyini təmin etmələyə; və münaqişənin həlli yolunda Minsk prosesinin və «Yeniləşmiş Qrafik» və ona Minsk qrupunun 2-8- noyabr 1993-cü il tarixli iclasında qəbul etdiyi dəyişikliklər çərəçivəsində münaqişənin nizamlanmasına dair danışıqlar və digər mümkün olan bütün yolların axtarışını davam etdirilməsinə təkidlə cağırır;
    6) Bu regionda olan bütün dövlətləri münaqişənin böyüməsi, sülh və sabitliyin pozulmasına yönəldilmiş hər hansı bir təcavüzdən və mudaxilədən çəkinməyə təkidlə çağırır;
    7) Baş Katibdən və müvafiq beynəlxalq huamnitar təşkilatlardan zərər çəkmiş mülki əhaliyə, o cümələdən Azərbaycanın cənubunda yerləşən Zəngilan rayonu və Horadiz şəhərinin əhalisi daxil edilməsi ilə, fövqəladə yardım göstərilməsini, qacqın və məcburi köçkünlərin öz yurdlarına qayıdması və təhlükəsizlik şəraitində yayşamaq üçün köməklik göstərilməsi xahiş olunur;
    8) Baş Katibdən, ATƏT-in fəaliyyətdə olan Sədrindən Minsk prosesinin gedişi və yerlərdə olan vəziyyətin bütün aspektləri üzrə, həmçinin bunula əlaqədar ATƏT və BMT-in indiki və gələcəkdəki əməkdaşlığı barəsində Şuraya hesabat verməsi xahiş edilir;
    9) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.

    3313 saylı Qətnamə yığıncağında yekdinliklə qəbul olunmuşdur.
     
     
    10 Noyabr 2010 Oxundu: 246 | Çap et
    Rəyini bildir
    Ad:
    E-Mail:
    winkwinkedsmile
    ambelayfeel
    fellowlaughinglol
    lovenorecourse
    requestsadtongue
    wassatcryingwhat
    bullyangry
    Kod: Təhlükəsizlik kodu
    kodu yenilə
    Kodu yaz



    Görüşlər

    Qəhrəmanlar və onların ailələri ilə keçirilən görüşlər
    Video
    "Milli Qəhrəmanlar" qəzeti
    Kitablar
    Qətnamə
    Saytda axtar
    © 2010 Deniz-Design STUDIO