Yüklənir...biraz gözləyin







Ana səhifə Haqqımızda Qonaq kitabı Tədbirlər Müsahibələr Əlaqə Baş redaktordan
Menyu
Milli Qəhrəmanlar
Şəhidlər
Əsir, İtgin ve Girovlar
Erməni terrorizmi və vandalizmi
İşğal olmuş rayonlar
Kitablar
Məqalələr
  • Qalereya
    » Foto
    » Audio
    » Video
  • Sorğu
    Milli Qəhrəmanlar muzeyinin yaradılmasına ehtiyac varmı?

    Bəli
    Xeyr
    Xocalı

    XOCALI SOYQIRIMI
    Keçidlər
    Sayğaclar



    free counters
    ŞABANOV OQTAY MÜSLÜM OĞLU Şəhidlər
    ŞABANOV OQTAY MÜSLÜM OĞLU Köçkün taleyini yaşayırdı Oqtay. 1988-ci ildə Ermənistandan Bakıya köçüb gəlmişdilər. Hövsan qəsəbəsində yaşayırdılar. Onsuz da bu vəhşilərdən çox yanıqlıydı. Qisas almaq üçün məqam gözləməyə vaxt lazım gəlmədi. Azğın düşmənlərin torpaqlarımıza günü - gündən artan təcavüzünə dözə bilmədi. Könüllü olaraq cəbhəyə - qisas almağa yollandı. Onun döyüş salnaməsinə Laçının, Ağdərənin, Kəlbəcərin adı əbədilik yazıldı. Bütün döyüşlərdə mətinlik göstərdi, əsgər dostlarının sevimlisinə çevrildi.
    Şabanov Oqtay Müslüm oğlu 1966-cı il yanvar ayının 30-da Ermənistan respublikasının Amasiya bölgəsində dünyaya gəlmişdir. Sovet Ordusunda hərbi xidmətdə olub. Bir döyüşçü kimi, Oqtayın arzuları tam həyata keçmədi. O, düşməndən istədiyi qədər intiqam ala bilmədi. Onun məqsədi düşmənləri qova - qova Amasiyadan da o yana aparmaq idi. Bu inam, bu həvəslə də həmişə döyüşlərə atılır, düşmənə layiqli zərbələr endirirdi. Dostlarının dediyinə görə, hər bir qələbə əldə edəndə sevincdən Oqtayın gözləri dolardı.
    - Nə qədər düşmən öldürsəm də heç vaxt doymaram, - deyərmiş. Elə bu intiqam hissilə də amansız bir qış günü - 17 yanvar 1994-cü ildə 28 yaşında Kəlbəcərin Murov dağında əbədiyyətə qovuşdu.
    Məzarı Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanındadır.
    Subay idi. Allah rəhmət eləsin.
     
     
    4 Mart 2011 Oxundu: 141 | Çap et
    Rəyini bildir
    Ad:
    E-Mail:
    winkwinkedsmile
    ambelayfeel
    fellowlaughinglol
    lovenorecourse
    requestsadtongue
    wassatcryingwhat
    bullyangry
    Kod: Təhlükəsizlik kodu
    kodu yenilə
    Kodu yaz



    Görüşlər

    Qəhrəmanlar və onların ailələri ilə keçirilən görüşlər
    Video
    "Milli Qəhrəmanlar" qəzeti
    Kitablar
    Qətnamə
    Saytda axtar
    © 2010 Deniz-Design STUDIO