Yüklənir...biraz gözləyin







Ana səhifə Haqqımızda Qonaq kitabı Tədbirlər Müsahibələr Əlaqə Baş redaktordan
Menyu
Milli Qəhrəmanlar
Şəhidlər
Əsir, İtgin ve Girovlar
Erməni terrorizmi və vandalizmi
İşğal olmuş rayonlar
Kitablar
Məqalələr
  • Qalereya
    » Foto
    » Audio
    » Video
  • Sorğu
    Milli Qəhrəmanlar muzeyinin yaradılmasına ehtiyac varmı?

    Bəli
    Xeyr
    Xocalı

    XOCALI SOYQIRIMI
    Keçidlər
    Sayğaclar



    free counters
    Milli Qəhrəman qəzetinin 1 yaşı tamam oldu
    Milli Qəhrəman qəzetinin 1 yaşı tamam oldu
    "Milli Qəhrəman" qəzetinin 1 yaşı tamam oldu. Bu münasibət ilə "Milli Qəhrəman" qəzetinin rəhbərliyi qəzetin bir illik yaradıcılıq fəaliyyəti ilə bağlı sentyabrın 11-də Mədəniyyət və Turizm Nazirliyinin C.Cabbarlı adına Gəncələr kitabxanasında tədbir keçirildi.
    Tədbirdə YAP Yasamal rayon təşkilatı idarə heyyətinin üzvləri, BDU-nun prorektoru Vaqif İbrahimov, Siyasi Universitetin rektoru Rasim Nəbiyev, Bakı 1 saylı Tibb Məktəbinin direktoru Nəriman Mövsümov, Milli Qəhrəman ailələri və ictimaiyyət nümayəndələri iştirak edirdi.
    Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm Nazirliyinin C.Cabbarlı adına Gəncələr kitabxanasının direktoru Tahir Sadıqov açdı. Tahir müəllim qeyd etdi ki, "Milli Qəhrəman" qəzetinin qısa bir müddətdə dərc olunmasına baxmayaraq, bu qısa zamanda öz möhürünü vurmuş, Heydər Əliyev irsi, vətənpərvərlik və dövlətçilik işinin gənclər arasında daha geniş təbliğ edilməsi üçün cəmiyyətdə layiqli yer tutmuşdur. Bununla yanaşı "Milli Qəhrəman" qəzetində dərc olunan materiallar gənclərin vətənpərvər ruhda tərbiyə olunması ilə yanaşı, cəmiyyətdə də əhalinin vətənpərvərlik ruhunu yüksəldir. Milli Qəhrəmanlar haqqında dərc olunun yazılar, onların cəmiyyətdə təbliği və tanıdılmıası xüsusilə təqdirə layiqdir.
    8 Noyabr 2010 | Oxundu: 229 | Davami
    Azərbaycanın şəhid Milli Qəhrəmanının anım günü qeyd olundu
    Azərbaycanın şəhid Milli Qəhrəmanının anım günü qeyd olundu
    Azərbaycanın Milli Qəhrəmanı Zülfüqarov Elxan Qaçay oğlunun xatirəsini yad etmək məqsədilə yanvar ayının 9-da "Milli Qəhrəman"qəzeti və Mədəniyyət və Turizm Nazirliyinin C. Cabbarlı adına respublika Gənclər kitabxanasının birgə təşkilatçılığı ilə akt zalında geniş tədbir keçirildi.
    Elxanın yurdu - Füzuli rayonu çox şəhid verib, onların sayı yüzlərlədir. Hamısı da bir - birindən gözəl - göyçək, bir - birindən hünərli-şücaətli, bir - birindən ağıllı - fərasətli. Onlar canlarını qurban verdilər ki, dədə-baba torpaqlarımız yaşasın, biz yaşayaq. Qeyrətli - namuslu Füzuli adı var olsun, torpaq sevgisi əbədi məşəl kimi gələcək nəsillərin başı üzərində şəfəq saçsın.
    İnşallah belə də olacaq, igidlərin axıdılan qanı gur selə dönəcək, cavanların qeyrəti tufana çevriləcək, yağı düşmən torpaqlarımızdan süpürülüb atılacaqdır. Elxanlar yurdu kimi tanınacaq bu qədim, nəcib, mərd Azərbaycan diyarı. O gün heç də uzaqda deyil.
    1988-ci ildə Ermənistandan azərbaycanlılar qovulanda Elxan rayon təşkilatlarına müraciət etdi. Məsləhətləşib bir qrup ailəni Hoğa kəndində yerləşdirdilər. Onlara kənddə ev tikməyə yaxından köməklik göstərildi.
    8 Noyabr 2010 | Oxundu: 151 | Davami
    Şəhid Milli Qəhrəmanın 45 illik yubileyi keçirildi
    Şəhid Milli Qəhrəmanın 45 illik yubileyi keçirildi
    2 oktyabr 2009-cu ildə “Milli Qəhrəman” qəzetinin və Yasamal rayonu 20 saylı məktəbin təşkilatçılığı ilə Azərbaycan Respublikasının şəhid Milli Qəhrəmanı Çingiz Adil oğlu Babayevin 45 illik yubileyi ilə bağlı tədbir keçirildi.
    Milli Qəhrəman ailələrinin, ictimaiyyətin və məktəb kollektivinin iştirak etdiyi tədbiri giriş sözü ilə təşkilat komitəsinin sədri Şahin Rəcəb açdı. O, məktəblərinin məzunu, bir vaxtlar bu məktəbin intizamlı şagirdi olan Çingiz Babayevlə qürur duyduqlarını və onunla fəxr etdiklərini söylədi. O, çətin və ekstremal şəraitdə, metro qəzası zamanı əsl qəhrəmanlıq, şücaət göstərərək 300 - ə qədər insanın həyatını xilas etdi, özü isə bu dəhşətli qəzanın qurbanı oldu. Şahin Rəcəb faciədən bir gün sonra Heydər Əliyevin xalqa müraciətini xatırlatdı. Hadisələrin qarşısını almaq, insanları xilas etmək üçün çalışarkən həlak olanların üç nəfərinin xidmətini xüsusi qeyd etmək istəyirəm.
    8 Noyabr 2010 | Oxundu: 161 | Davami
    Şəhid Milli Qəhrəmanı Əliyev Yusif Əliyusif oğlunun 40 illik yubileyi ilə bağlı tədbir keçirildi
    Şəhid Milli Qəhrəmanı Əliyev Yusif Əliyusif oğlunun 40 illik yubileyi ilə bağlı  tədbir keçirildi
    2 dekabr 2009-cu il tarixində Bakı şəhər Qaradağ rayonu İcra hakimiyyəti və “Milli Qəhrəman” qəzetinin birgə təşkilatçılığı ilə Qobustan qəsəbəsində 195 saylı orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Əliyev Yusif Əliyusif oğlunun 40 illik yubileyi ilə bağlı, mərhumun büstü önündə tədbir keçirildi.
    Tədbirdə Qaradağ rayon İcra hakimiyyəti başçısının müavini Zəfər Əliyev, Qobustan ərazi İcra nümayəndəsi Vaqif Camalov, Qobustan qəsəbə bələdiyyəsinin sədri İslam müəllim, “Milli qəhrəman” qəzetinin baş redaktoru Mirbəşir Seyidzadə, baş redaktorun müavini Naim Vəliyev, redaksiya heyətinin üzvləri, Milli Qəhrəman Fred Asif adına İnkişaf Fondunun prezidenti Ədalət Məhərrəmov, Milli Qəhrəman ailələri, Yusif Əliyev adına 195 saylı məktəbin derektor və müəllim kollektivi, şagirdlər, ictimaiyyət nümayəndələri Milli Qəhrəmanın qohumları və yaxınları iştirak etmişdirlər.
    5 Noyabr 2010 | Oxundu: 184 | Davami
    Şəhid Milli Qəhrəman Fazil Umud oğlu Mehdiyevin anım günü qeyd olundu
    Şəhid Milli Qəhrəman Fazil Umud oğlu Mehdiyevin anım günü qeyd olundu
    25 sentyabr 2009-cu il tarixində Azərbaycanın Milli Qəhrəmanı Fazil Umud oğlu Mehdiyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir "Milli Qəhrəmanlar" qəzetinin təşkilatçılığı ilə təşkil olunmuşdur.
    Tədbir saat 14 00 - da Milli qəhrəmanın Xətai prospektindəki büstü önündən başlayaraq 15 00 -da Təfəkkür Universitetinin akt zalında davam etdirildi.
    İlk olaraq tədbiri giriş sözü ilə açan "Milli Qəhrəmanlar" qəzeti baş redaktorunun I müavini, tədbirin təşkilat komitəsinin sədri Naim Vəliyev Milli qəhrəman Fazil Mehdiyev haqqında qısa arayış verdi:
    - Hörmətli tədbir iştirakçıları, qonaqlar və Milli qəhrəman ailələri. Bu gün "Milli Qəhrəmanlar" qəzetinin təşkilatçılığı ilə Azərbaycanın igid oğlu Fazil Umud oğlu Mehdiyevin anım gününə toplaşmışıq. Fazil Mehdiyevin xatirəsini bir dəqiqəlik sükutla yad etməyinizi xahiş edirəm.
    5 Noyabr 2010 | Oxundu: 209 | Davami
    Şəhid Milli Qəhrəman Kazım Ərşad oğlu Məmmədovun anım günü ilə bağlı tədbir keçirildi
    Şəhid Milli Qəhrəman Kazım Ərşad oğlu Məmmədovun anım günü ilə bağlı tədbir keçirildi
    "Milli Qəhrəmanlar" qəzetinin təşkilatçılığı ilə 15 noyabr 2009-cu il tarixində Milli Qəhrəman Kazım Ərşad oğlu Məmmədovun anım günü ilə bağlı tədbir keçirildi.
    Tədbirdə "Milli Qəhrəmanlar" qəzetinin kollektivi, Milli qəhrəman ailələri, Milli qəhrəmanının ailə üzvləri, yaxınları, ziyalılar, döyüşçü yoldaşları və KİV nümayəndələri iştirak edirdilər. Milli Qəhrəmanın atası Ərşad Məmmədov oğlu haqqında öz xatirələrini tədbir iştrakçıları ilə bölüşdü.
    Milli Qəhrəmanın məzarı doğulduğu Cəbrayıl rayonunda olduğu üçün, tədbir iştirakçıları Xırdalan şəhərində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gələrək şəhidlərin ruhunu yad edərək gül dəstələri qoydular.
    5 Noyabr 2010 | Oxundu: 168 | Davami
    Şəhid Milli Qəhrəman İlqar İsmayılovun doğum günüqeyd olundu
    Şəhid Milli Qəhrəman İlqar İsmayılovun doğum günüqeyd olundu
    2009-cu il aprelin 10-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt Zalında Akademiyanın məzunu, cüdo üzrə idman ustası, şəhid idmançı Milli Qəhrəman İlqar İsmayılovun doğum gününün 50- illiyi ilə əlaqədar mərasim keçirildi.
    Mərasimi Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, professor, millət vəkili Ağacan Əbiyev açıq elan etdikdən sonra şəhidlərin ruhu bir dəqiqilik sükutla yad olundu. Rektor şəhid Milli Qəhrəman, polis kapitanı İlqar İsmayılovun əsl idmançı olmasından və onun vətənə layiqli oğul kimi yüksək xidmətlərindən danışdı.
    Tədbirdə iştirak edən "Milli Qəhrəmanlar" qəzetinin baş redaktoru Mirbəşir Seyidzadə çıxış edərək bildirdi ki, belə tədbirləri biz ənənə olaraq bütün Milli Qəhrəmanların adına keçiririk. Bu gün Milli Qəhrəman İlqar Sədi oğlu İsmayılovun xatirəsinə həsr olunmuş belə bir tədbirin keçirilməsində akademiyanın rektoru professor Ağacan Əbiyevə minnətdarlığımızı bildiririk.
    5 Noyabr 2010 | Oxundu: 210 | Davami
     
    1 2 3 4 5
     
    Görüşlər

    Qəhrəmanlar və onların ailələri ilə keçirilən görüşlər
    Video
    "Milli Qəhrəmanlar" qəzeti
    Kitablar
    Qətnamə
    Saytda axtar
    © 2010 Deniz-Design STUDIO